Icma.az
close
up
RU
Bakıda maşın ustası basqına məruz qaldı, təhqir etdi Həbs edildi

Bakıda maşın ustası basqına məruz qaldı, təhqir etdi Həbs edildi

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Daxili İşlər Nazirliyinin 102 xidmətinin operatorunu təhqir edən şəxs həbs edilib. 
Demokrat.az
-ın əldə etdiyi məlumata görə, Gədəbəy rayon sakini, 1975-ci il təvəllüdlü Amal (ad şərti verilib – red.) 102 xidmətinə iki dəfə zəng edərək operatoru təhqir edib. 
İş üzrə izahat verən təqsirləndirilən şəxs bildirib ki, avtomobil təmirçisidir, təmir edən zaman saat 8 və ya 9-un yarısı olardı ki benzin almağa gedib: 
“Daha sonra siqaret almaq üçün marketə getdim. Qara geyimdə olan və qara papaqlı 2 oğlanın arxamca gəldiyini gördüm. Telefonu bu zaman səssizdə olub. Onlar siqaret istədilər, mən də siqaretimin olmadığını və siqaret almaq üçün getdiyimi, onlar üçün də siqaret ala biləcəyimi bildirdim”. 
Təqsirləndirilən şəxsin sözlərinə görə, daha sonra onlar siqaret almaları üçün pul verməyini istəyiblər: 
“Mən də 6 manat 40 qəpik verdim və özümdə 180 manat pulu qaldı. Bu zaman biri mənə təpik vurdu və mən yerə yıxıldım. Aldığım zərbədən dişim düşdü. 
Cibimdə olan bütün pulumu, 186 manat 40 qəpiyimi götürdülər. Üzüm qanın içində olduğum üçün 102 xidmətinə zəng vurdum. Qan axa-axa və telefonda operatorla danışaraq yolla getməyə başladım. Yaralı olduğumu dedim, amma nə qədər gözləsəm də, onlardan bir xəbər çıxmadı. 
Mən də əsəbiləşərək operatoru təhqir etdim. Operator 12-ci polis bölməsinə məlumat verdiyini və polislərin gələcəyini dedi. Amma heç kəs gəlmədi. Daha sonra həmin yaralı vəziyyətdə evə getdim, polisə heç bir müraciət etmədim. Bu hadisədən sonra 10 gün evdə xəstə yatdım. 
Daha sonra qaynımla müalicə üçün Gədəbəy rayonuna getdim. Çünki qabırğam sındı. Ailəliyəm, 3 övladım var. Özümü təqsirli bilirəm, törətdiyim əməldən peşmanam”.
Sabunçu Rayon Məhkəməsinin qərarı ilə Amal 5 gün müddətinə inzibati qaydada həbs edilib. 
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 02 Aprel 2025 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri