Bakıda məktəbdəki vəziyyət parlamentdə gündəm oldu
Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Milli Məclisin iclasında çıxış edən deputat Fazil Mustafa Bakı məktəblərindəki şagird sıxlığı və bunun yaratdığı tədris problemləri məsələsini qaldırıb.
"Yeni Sabah" xəbər verir ki, millət vəkili xüsusilə Paytaxtdakı 192 saylı məktəbdəki vəziyyəti nümunə göstərərək bildirib ki, cəmi 850 şagird yeri olan bu təhsil müəssisəsində hazırda 2551 uşaq təhsil alır.
Deputatın sözlərinə görə, şagird sayının nəzərdə tutulan tutumdan dəfələrlə çox olması həm psixoloji gərginlik yaradır, həm də müəllimlərin hər bir uşaqla fərdi məşğul olmasını ciddi şəkildə çətinləşdirir. pizza sifarişi
F.Mustafa məktəbin idman zalının cəmi 25 kvadratmetr olduğunu diqqətə çatdıraraq belə bir məhdud sahədə normal idman dərslərinin keçirilməsinin imkansızlığını vurğulayıb.
Bakıda bu cür problemlərlə üzləşən başqa məktəblərin də olduğunu qeyd edən deputat məsələnin operativ və az məsrəflə həlli yolunu təklif edib. O bildirib ki, məktəblərin həyətyanı ərazisində imkan olduqda modul tipli əlavə sinif otaqları tikilməlidir.
Deputatın fikrincə, bu üsul sıxlığı azaltmağa, eləcə də dərs saatları və növbəliliklə bağlı yaranan çətinlikləri yüngülləşdirməyə imkan verər.
Baxış sayı:60
Bu xəbər 23 Oktyabr 2026 11:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















