Bakıda məktəbin pəncərəsindən yıxılan şagirdin son vəziyyəti açıqlandı
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
Paytaxtın 163 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiyatsızlıq nəticəsində pəncərədən yıxılan şagirdin son vəziyyəti açıqlanıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi və Kliniki Tibbi Mərkəzindən bildirilib ki, fevralın 4-də, saat 08:50-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Səbail rayonu, 163 nömrəli orta məktəbdən yıxılma səbəbi ilə çağırış qeydə alınıb.
"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 2010-cu il təvəllüdlü şəxs (kişi) sol biləyin sınığı diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Almacıq sümüyünün, bel fəqərələrinin, qabırğa və sol dabanın sınıqları diaqnozları təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.
Hazırda həmin şəxsin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir", - deyə məlumatda bildirilir.
Əzizə İsmayılova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 04 Fevral 2026 15:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















