Bakıda mənzil və avtomobillərdə 18 kq narkotik aşkarlanıb, 4 nəfər həbs edilib
Icma.az bildirir, Apa.az portalına istinadən.
Bakıda mənzil və avtomobillərdən 18 kiloqramdan artıq narkotik aşkarlanıb, 4 nəfər həbs edilib.
DİN-in Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, paytaxtın Binəqədi və Yardımlı rayonunda keçirilən əməliyyatlar zamanı mütəşəkkil dəstə üzvləri - əvvəllər məhkum olunmuş Malik Rəsulov, Şahin Hüseynzadə, Ayxan Rüstəmzadə və Surac Məmmədli saxlanılıblar. Onlara məxsus mənzil və avtomobildən 18 kq 500 qram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və ölkəyə yeni gətirilən 1435 ədəd güclü təsiredici gabapentin həbi aşkarlanıb.
Saxlanılanların şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək narkotik vasitələri gizlədilən ünvanlardan əldə etdikləri və satış məqsədi ilə əvvəlcədən təyin edilən nöqtələrə yerləşdirməyi planlaşdırdıqları məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyat tədbirləri davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 19 Avqust 2025 18:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















