Bakıda mənzildə çürümüş qadın meyiti TAPILDI: 2019cu ildən bəri onu görən olmamışdı
Icma.az, Oxu.az saytına istinadən bildirir.
Nəsimi rayonu, 3-cü mikrorayon, Alı Mustafayev küçəsində yerləşən 29 saylı binanın 2-ci mərtəbəsindəki mənzillərdən birində çürüməyə məruz qalan meyit aşkarlanıb.
Araşdırmalar nəticəsində bəlli olub ki, cəsəd 1932-ci il təvəllüdlü Tatyana Fyodrovnaya aiddir.
Maraqlısı isə budur ki, kimsəsiz olduğu deyilən qadının oğlu olduğunu iddia edən şəxs evin ona aid olduğunu göstərən sənədlərlə birlikdə aidiyyəti quruma müraciət edib. Qurum illərdir bağlı olan qapını açdıqda cəsədi aşkarlayıb. Sakinlərin sözlərinə görə, qadından 5 ilə yaxındır xəbər ala bilməyiblər.
"2019-cu ildən bəri yox idi, morqa qədər getdik, tapılmadı. Dünən dedilər ki, evdə ölüb. İndi də Ukraynadan oğlu çıxdı ortaya. O heç evlənməyib", - deyə mərhumun qonşusu bildirib.
Ətraflı Baku TV-nin süjetində:
Bakıda mənzildə çürümüş qadın meyiti TAPILDI: 2019-cu ildən bəri onu görən olmamışdı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 23 Dekabr 2024 22:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















