Bakıda mənzildə huşsuz vəziyyətdə qalan şəxs xilas edilib
Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu, Azadlıq prospektində vətəndaşın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Xilasedicilər tərəfindən həyata keçirilən operativ xilasetmə tədbirləri nəticəsində beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilin giriş qapısı açılaraq, huşsuz vəziyyətdə aşkar edilmiş vətəndaş – 1952-ci il təvəllüdlü S.Eminova təcili tibbi yardım briqadasına təhvil verilib.
Bu mövzuda digər xəbərlər:Təhlükəli vəziyyətdə qalan şəxs xilas edilib
27 Noyabr 2024 13:38
Bakıda mənzildə bağlı qapı arxasında qalan şəxs ölü tapıldı
07 Sentyabr 2025 14:13
Bakıda liftdə qalan şəxs xilas edildi
26 Mart 2025 09:52
Dağlıq ərazidə köməksiz vəziyyətdə qalan şəxs xilas edilib
14 Avqust 2025 02:41
Bakıda avtobuslar toqquşub Sıxılı vəziyyətdə qalan sürücü xilas edilib
17 Oktyabr 2025 11:01
Baxış sayı:69
Bu xəbər 29 Oktyabr 2025 07:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















