Icma.az
close
up
RU
Bakıda mənzillərlə bağlı YENİLİK İlin sonundan etibarən....

Bakıda mənzillərlə bağlı YENİLİK İlin sonundan etibarən....

Icma.az, Sfera.az portalına istinadən məlumatı açıqlayır.

Mənzil bazarında qiymətlər fantastik həddə çatır. Ekspertlər burada qeyri-adi nəsə olmadığı qənaətindədirlər. Proqnozlar da ürəkaçan deyil, bahalaşma davam edəcək.

Sfera.az xəbər verir ki, kaspi.az mövzu ilə bağlı araşdırma aparıb.

Bildirilib ki, mənzil bazarında qiymətlərin artımını statistik məlumatlar da təsdiqləyir.

Belə ki, 2024-cü ildə Azərbaycanda mənzil bazarında qiymətlər 2023-cü ilə nisbətən 9.9 faiz artıb. Ötən il əvvəlki illə müqayisədə ilkin mənzil bazarında qiymətlər 11.3 faiz, təkrar mənzil bazarında isə 9.8 faiz artıb. Göründüyü kimi, qiymətlər sabitləşmir.

Bəs bahalaşma nə vaxt səngiyəcək? Daşınmaz əmlak bazarında qiymətlər bu il də artmaqda davam edəcəkmi?

“Ən yüksək qiymət artımı Nərimanov rayonundadır”

"Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Vüqar Orucun sözlərinə görə, qiymət artımı ilə bağlı onlarda olan rəqəmlər rəsmi statistikadan da yüksəkdir: “Ötən ilin dekabr ayında Bakının mənzil bazarında köhnə mənzillərin qiyməti 2023-cü ilin eyni dövrü ilə müqayisədə orta hesabla 10,5 faiz, yenitikililərin qiyməti isə 12,3 faiz artıb. Ən yüksək qiymət artımı Nərimanov rayonunda qeydə alınıb. Burada köhnə binalarda qiymətlər 14, yenitikililərdə isə 16 faiz artıb. Səbail rayonunda köhnə binalar üzrə qiymətlər 13, yenitikililər üzrə isə 15,2 faiz artıb. Nəsimi rayonunda bu göstəricilər müvafiq olaraq 12,2 və 15,2 faiz, Nizami rayonunda 11,7 və 12 faiz, Yasamalda 11,1 və 12,8 faiz, Qaradağda 7 və 8 faiz, Sabunçuda 8 və 10 faiz, Suraxanı və Binəqədidə köhnə binalar üzrə qiymət artımı müvafiq olaraq 6,8 və 8,3 faiz, yenitikililər üzrə isə 9,5 və 9,6 faiz təşkil edib”.

Bahalaşmanı şərtləndirən səbəblər

Ekspert qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa işləri tikinti materiallarına tələbatı artırır: “Əgər tikinti şirkətinə əvvəl bir kvadratmetr daha ucuz başa gəlirdisə, indi bu rəqəm 20-30 faiz yüksəlib. İşçi qüvvəsinin də qiyməti artır. Fəhlə və ustalar hər il 15-20 faiz daha artıq məbləğ tələb edirlər. Bu da gündəlik xərclərin artması ilə bağlıdır”.

V.Oruc bildirib ki, insanlar dayanıqlı biznes sahəsi kimi daşınmaz əmlakı görürlər. Bu, ilbəil qiymətini artıran və dəyərdən düşməyən investisiya növüdür: “Kirayə verərsə, daha artıq gəlir deməkdir. Nəzərə almalıyıq ki, Bakının Baş planına uyğun olaraq müəyyən binaların söküntüsü aparılır. Onların yerində yeni binalar inşa ediləcək. Mənzillər söküldükcə orada yaşayan sakinlər də daşınmaz əmlak bazarına yönəlirlər. Həmçinin MİDA kimi sosial layihələrin həyata keçirilməsi də daşınmaz əmlak bazarında dinamiklik və aktivliyin yaranmasına təsir göstərir”.

Özülü yeni qoyulan binalara da maraq artıb...

Ekspert bildirib ki, təkcə hazır mənzillərə deyil, hətta təməli yeni qoyulan əmlaklarda da qiymətlər yüksəlib: “Son vaxtlar alıcıların təməl mərhələsində olan binalardan mənzil almağa marağı artıb, bu isə qiymətlərə təsirsiz ötüşmür. Bəzən bu mərhələdə olan tikililər hətta yenitikili və təkrar yenitikililərdən daha yüksək qiymətə təklif olunur. Əvvəllər bu cür mənzillərə ehtiyatla yanaşan alıcılar son vaxtlar onlara daha çox maraq göstərməyə başlayıblar. Səbəblərdən biri də iqtisadi amillərdir. Ölkə iqtisadiyyatı böyüyür. Manatın alıcılıq qabiliyyətində müəyyən fərqlər yaranır. Nəticədə bunlar hamısı qiymətlərin artımı ilə nəticələnir”.

V.Orucun fikrincə, qarşıdakı dövrdə əmlak bazarında qiymətlər daha da arta bilər: “Hər il daşınmaz əmlak 10-17 faiz bahalaşır. Əgər ABŞ və İran münasibətləri gərginləşərsə, oradan soydaşlarımızın ölkəmizə kütləvi axını olarsa, bu da daşınmaz əmlak qiymətlərinin daha da yüksəlməsinə şərait yaradacaq. Bunu Rusiya-Ukrayna müharibəsinin ilk dövrlərində gördük. Qiymətlərin birdən-birə yüksəlməsini təşviq edən amillərdən biri də bu oldu”.

“Vergilər artıb, qaydalar sərtləşdirilib”

Əmlak məsələləri üzrə ekspert Firdovsi Xəlilovun fikrincə, mənzil bazarında qiymət artımını yaradan səbəblərdən biri vergilərin artmasıdır: “Əvvəl sahibkar 10 min kvadratmetr satışa çıxarırdısa, hər kvadratmetrinə 67-130 manat vergi ödəyirdi. İndi belə deyil. Yeni məcəllə 2020-ci ilin noyabrından qüvvəyə minib. Bu tarixdən sonra icazəsi alınıb tikintisi başlayan tikililərdə sadələşmiş vergi əvəzinə 18 faiz əlavə dəyər vergisi, mənfəətdən isə 20 faiz tutulur. Belə olan halda 100 manat olan vergi yükü 400-500 manata qədər yüksəlir”.

Ekspertin sözlərinə görə, ikinci məsələ şəhərsalma qaydalarına əlavə olunmuş şərtlərin daha da ciddiləşməsidir: “Yeni tələblərə əsasən, alınan ərazinin yalnız 30 faizində inşaat aparmaq mümkündür. Əvvəl binalar çox yaxın tikilirdi. Bir hektarda 50-70 min kvadratmetrlik mənzil sahəsi istismara verilirdi. İndi bu göstərici maksimum 22 min kvadratmetrdir. Nəticədə təklif edilən mənzil sayı azalır. Həmçinin bloklarda mənzillərin sayı xeyli azaldılıb. Əvvəl bir blokda 10-12 mənzil olardısa, indi qapı sayına da nəzarət edilir”.

“Mənzillər o ölkələrdə ucuzlaşır ki...”

Ekspert qeyd edib ki, bu il də qiymətlər yüksələn istiqamətdə olacaq: “Qiymət artımının sadəcə mənzillərdə olmadığını nəzərə alsaq, bu prosesi normal qəbul etməliyik. Mənzillərin qiymətinin ucuzlaşmasını tələb edirik. Amma bu, səhv düşüncədir. Çünki o ölkələrdə mənzillərin qiyməti ucuzlaşır ki, orada iqtisadi gərginlik, böhranlar baş verir. İqtisadiyyatları inkişaf edən dövlətlərdə mənzillərin qiyməti ucuzlaşa bilməz. Bahalaşma bir müddət də davam edəcək. Bu il də bahalaşmaya hazır olmalıyıq. Ümumi iqtisadi göstəricilər yolunda gedərsə, heç bir hadisə baş verməzsə, il sonuna doğru daşınmaz əmlakın daha 13-15 faiz bahalaşacağı gözlənilir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://sfera.az
archiveBu xəbər 04 Fevral 2025 10:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see249

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see202

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see177

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see145

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see144

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see139

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see133

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see132

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see132

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see129

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see128

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see125

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see124

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see124

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see123

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see123

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see123

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see122

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see122

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri