Bakıda məşhur restorandan çıxan xanımların başına iş gəldi
Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakının məşhur restoranlarından olan “Salam Baku”dan çıxan xanımların başına iş gəlib. Onlar soyğunçuluqla üzləşiblər.
"Cebheinfo.az" Musavat.com-a istinadən xəbər verir ki, restorana müştəri kimi gələn xanımlar çıxışda avtomobillərinə əyləşən zaman bir nəfər maşının arxa qapısını açaraq əl çantasını götürərək qaçıb. Çantanın sahibi olan xanım həmin şəxsin arxasınca qaçıb. Bu zaman diqqəti yayınan şəxs yıxılıb. Xanımın yaxınlaşdığını görən şəxs çantanı yerə ataraq hadisə yerindən uzaqlaşıb.
Araşdırma zamanı hadisəni törədən şəxsin 23 yaşlı Rəvan (ad şərtidir) olduğu müəyyən edilib.
Polis əməkdaşları tərəfindən yaşadığı ünvanda saxlanılan Rəvan deyib ki, “Bolt”da kuryer işləyib. O, maddi imkanı zəif olduğu üçün bu yola əl atdığını deyib.
Bildirib ki, “Salam Baku” restoranına bir neçə dəfə kuryer kimi gələn zaman qərarlaşdırıb ki, çıxan müştərilərdən birinin çantasını götürərək pul əldə edə bilər.
Zərəçəkmiş xanım Rəvanı bağışlayıb. Rəvan da əməlindən peşman olduğunu deyib.
Məhkəmə Rəvan barəsində 2 il 9 ay azadlığın məhdudlaşdırılması cəzası təyin edib.
"Cebheinfo.az"
Baxış sayı:66
Bu xəbər 17 İyul 2025 12:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















