Icma.az
close
up
RU
Bakıda milyonlarla pulu Çinə göndərən ərarvad kimdir? Şok faktlar açıqladı

Bakıda milyonlarla pulu Çinə göndərən ərarvad kimdir? Şok faktlar açıqladı

Icma.az, Teleqraf.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda 53 Azərbaycan vətəndaşına qarşı dələduzluqda ittiham olunan “İnstapower” şirkətinin Azərbaycan üzrə nümayəndəsi Orxan Babazadənin cinayət işi üzrə proses keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə bəzi şəxslərin dindirilməsi istənilib. Bildirib ki, bir qrup şəxsin adından pullar başqa hesaba köçürülüb.

Təqsirləndirilən şəxsin vəkili qeyd edib ki, həmin şəxslərin dindirilməsi istəyib.

Dövlət ittihamçısı Fariz Rzayev bildirib ki, müraciətdə qeyd olunan şəxslərin faktiki araşdırılan cinayət işinə heç bir adiyyatı yoxdur. Dövlət ittihamçısı həmin şəxslərlə bağlı işin araşdırılması üçün istintaq orqanına göndərilməsini istəyib.

Yerində müşavirə keçirən hakimlər qərar qəbul edib. Vəkilin vəsatəti təmin olunub və vəkilin qeyd etdiyi şahidlərin dindirilməsi barədə qərar qəbul edilib.

Hakim deyib ki, təqsirləndirilən şəxsin həyat yoldaşı Leyla Babazadə tərəfindən müxtəlif şəxslərin adlarına böyük məbləğlərdə pul köçürüb. Hakim əlavə edib ki, Leyla Babazadə 32 simkartdan istifadə edir, milyonlarla vəsait dövrüyyə olunur, həmin pullardan sonda gedir amin Respublikasının Honkonq şəhərinə gedir.
Hakim bildirib ki, Leyla Babazadə hər iclasda iştirak etməlidir, çünki onunla bağlı araşdırma aparılır. Təqsirləndirilən şəxs isə bildirib ki, bu işdə Leyla Babazadənin heç günahı yoxdur: "Bu işdə mənim günahım var. Mən də cəzamı çəkirəm".

Amma hakim deyib ki, Leyla Babazadənin adı konkret işlərdə keçir. Onun sözlərinə görə, hərə öz işinə cavabdeh olmalıdır.

Cinayət işində olan sənədlər görə, polis əməkdaşları tərəfindən bank kartı götürülüb, həmin kartda 50 min pul olub. Hakim bununla bağlı soruşub. Təqsirləndirilən şəxs bu məsələni yadına sala bilməyib.

Hakim deyib ki, Leyla Babazadə də, Orxan Babazadə də Mariya və digər şəxslə yazışmaları olub. Hakim bu yazışmaların nədən ibarət olduğunu təqsirləndirilən şəxsdən soruşub.

Təqsirləndirilən şəxs bildirib ki, müştərilərlə bağlı çətinliklər olduğu halda həmin şəxslərlə yazışmaları olub.
Hakim bildirib ki, təqsirləndirilən şəxs hesbalardan çox sayda pullar çıxarılıb: "Mən bunları bir-bir açıqlayacam. Yazırsan ki, 50 min manata mebel almısan? Mən hakim ola-ola 50 min manata mebel ala bilmirəm. Sən hardan əldə edibsə bu qədər pulu?".

Təqsirləndirilən şəxs deyib ki, 45-50 min manata mebeli ofis üçün alıb.

Növbəti proses dekabrın 25-də davam edəcək

İstintaq sənədlərdən məlum olub ki, zərərçəkmişlər "İnstapower"ə müəyyən pullar yatırsalar da heç bir məbləğ geri qayıtmayıb.

Qeyd edək ki, cinayət işi üzrə 53 zərərçəkmiş var və ümumi dəymiş ziyan isə 256 min manatdan artıqdır.
Bundan başqa həmin şəxslərin adından 4 milyon manat pul dövr edilib. Milyonlarla vəsait Çində olan şirkətin hesabına köçürülüb və vəsait leqallaşırılıb.

Orxan Babazadəyə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 18 Dekabr 2024 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see324

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see324

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see320

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see316

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see299

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see283

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see279

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see274

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see273

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see270

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see268

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see261

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see258

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see258

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see246

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see242

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see241

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see225

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri