Icma.az
close
up
RU
Bakıda minlərlə insan şəxsi maşından İMTİNA EDİB

Bakıda minlərlə insan şəxsi maşından İMTİNA EDİB

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakıda ictimai nəqliyyat sahəsində aparılan islahatlar sərnişindaşıma göstəricilərində özünü göstərməyə başlayıb. Rəsmi statistikaya əsasən, 2025-ci ilin yanvar-aprel aylarında ictimai nəqliyyatdan istifadə edənlərin sayı 582,1 milyona çatıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 7 faizlik artım deməkdir.

Artım təkcə avtobuslarla məhdudlaşmır. Şəhər daxilində mikromobil nəqliyyat - əsasən skuterlər və velosipedlər də daha geniş istifadə edilir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA)məlumatına görə, 2024-cü ilin may ayında bu nəqliyyat vasitələrindən istifadə əvvəlki illərlə müqayisədə iki dəfədən çox artıb.

Ekspertlər artımı şəhərdə nəqliyyat infrastrukturunun yenilənməsi və xüsusi zolaqların yaradılması ilə izah edirlər.

“Bu keçid mərhələlidir - insanlar bir anda şəxsi avtomobildən imtina etmir”, - deyə nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev Modern.az-a açıqlamasında bildirib.

Hal-hazırda Bakı yollarında hərəkətdə olan avtobusların 77 faizi nağdsız ödəniş sistemi ilə təchiz olunub. Ümumilikdə isə 2022-ci illə müqayisədə xəttə çıxan avtobusların sayında 28 faiz artım qeydə alınıb. Agentlik avtobusların hərəkətini sürətləndirmək üçün 112 kilometr uzunluğunda xüsusi avtobus zolağı və 35 kilometrlik mikromobil zolağı ayırdığını bildirir.

Ekspertlərə görə, bu zolaqlar ictimai nəqliyyata keçidi stimullaşdırır. "Bu tədbirlər sayəsində avtobusların hərəkət sürəti artıb, ictimai nəqliyyatdan istifadə edənlərin sayı yüksəlib. Qısa məsafələr üçün isə mikromobil nəqliyyat vasitələri - velosiped və skuterlər əlverişli alternativə çevrilib” - Rauf Ağamirzəyev qeyd edir.

2024-cü ildən bəri islahatlar daha genişmiqyaslı mərhələyə keçib. Diqqət metro xətlərinin genişləndirilməsi, yeni stansiyaların inşası, şəhərətrafı qatarların gücləndirilməsi və tramvay sisteminin bərpası kimi relsli nəqliyyat həllərinə yönəlib. Bu layihələrin 2030-cu ilə qədər mərhələli şəkildə həyata keçirilməsi planlaşdırılır. Həmin müddətə qədər Bakıda 10 yeni metro xəttinin istifadəyə verilməsi planlaşdırılır.

Hazırkı mərhələdə isə avtobuslar şəhər mərkəzinə çatmaq üçün ən səmərəli vasitə olaraq qalır. “Əsas diqqət relsli nəqliyyatın inkişafına yönəlib. Metro xətlərinin genişləndirilməsi, yeni stansiyaların tikintisi, şəhərətrafı elektrik qatarlarının gücləndirilməsi və tramvay sisteminin bərpası nəzərdə tutulur. Bu layihələrin 2030-cu ilədək mərhələli şəkildə icrası planlaşdırılıb. İslahatların davamı olaraq, relssiz nəqliyyatın (avtobus, mikromobil) yükünün relsli sistemlər üzərinə keçirilməsi ilə şəhərdə hərəkətlilik optimallaşdırılacaq” – ekspert deyir.

Hökumət, həmçinin piyada hərəkəti üçün infrastrukturun təkmilləşdirilməsini prioritet elan edib. Yeni layihələr çərçivəsində səkilərin yenilənməsi, baryerlərin aradan qaldırılması və işıqforlarda gözləmə müddətlərinin azaldılması planlaşdırılır.

İslahatların maliyyə dayanıqlığını təmin etmək üçün isə dövlət “brutto müqavilələr” sisteminə keçid etməyi hədəfləyir. Bu modelə görə, sürücülərin əməkhaqları sabitləşdirilir, güzəştli bilet sistemləri tətbiq olunur və xidmət keyfiyyəti yüksəldilir.

Rauf Ağamirzəyev rəqəmsal həllərin də bu keçiddə mühüm rol oynadığını bildirirlər. “İnsanlar artıq mobil tətbiqlərlə avtobusların harada olduğunu görür, marşrutunu planlaşdırır” – o vurğulayıb və əlavə edib ki, dayanacaqlara verilən unikal ad və nömrələr isə sərnişinlərin istiqamətlənməsini asanlaşdırır.

Bakı şəhərinin nəqliyyat modelinin mərhələli şəkildə yenilənməsi şəxsi avtomobildən imtinanı təşviq edir. Yerli orqanlar bu keçidin həm şəhərdaxili hərəkətliliyi artıracağını, həm də ekoloji yükü azaldacağını hesab edirlər.

Aytac Bəhruzqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://modern.az
archiveBu xəbər 16 İyun 2025 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see158

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri