Icma.az
close
up
RU
Bakıda minlərlə taksi sürücüsü sabah tətil elan edəcək

Bakıda minlərlə taksi sürücüsü sabah tətil elan edəcək

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Aprelin 2-dən Bakı şəhərində fəaliyyət göstərən minlərlə taksi sürücüsü tətil elan edəcək.

Axar.az xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında Taksi Sürücüləri Birliyinin rəhbəri Elşad Eldarov deyib.

Onun sözlərinə görə, tələbləri yerinə yetirilməsə, etiraz tətillərini davam etdirəcəklər. Tələblərə gəlincə, E.Eldarov deyib ki, sürücülər taksi dayanacaqlarının sayının artırılmasını, sərnişin mindirib-düşürmək üçün taksi sürücülərinə avtobus zolaqlarından istifadə etməyə icazə verilməsini, minimum qiymətə maksimum məsafə həddinin müəyyənləşdirilməsini istəyirlər:

“Sürücülər minimum 2 manat 50 qəpiyə 3 kilometr yol qət edirlər, lakin onlar minimal qiymətə maksimum neçə kilometr yola qət edə bilərlər - bununla bağlı hədd müəyyənləşməyib. Buna görə də bəzən sərnişinlər 10 kilometr yolu da 3 manata gedə bilirlər. Digər tələbimiz şəhərin mərkəzində taksi dayanacaqlarının sayının artırılmasıdır. Məsələn, Neftçilər, Azərbaycan prospektlərində, Yusif Səfərov, Rəşid Behbudov və s. kimi küçələrdə taksi dayanacağı yoxdur.

Biz bu məsələyə sərnişin tərəfdən də baxırıq. Yaşlı, xəstə bir adam taksiyə minmək istəsə və mobil tətbiq vasitəsilə olduğu yerə taksi sifariş etsə, sürücü məkana çatıb onu götürə bilmir, cərimə yazılır. Məsələn, sərnişin Dövlət Kukla Teatrının qarşısında dayanıbsa, taksi sürücüsü onu necə götürsün? Orada heç qırıq xətt də yoxdur ki, daxil olub sərnişini götürə bilək. Buna görə tələb edirik ki, fərqlənmə nişanı olan taksi sürücülərinə avtobus zolağına daxil olub 2-3 dəqiqə ərzində sərnişin götürməyə və düşürməyə icazə verilsin”.

Sözügedən tələblərlə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov isə bildirib ki, taksi nəqliyyat vasitələrinin avtobus zolağından istifadə etməsi indi müzakirə olunmur:

“Hazırda paytaxtın 32 küçə və prospektində uzunluğu 100 km-dən çox xüsusi hərəkət zolaqları təşkil edilib. Bu işlər davam etdirilir. Zolaqların təşkili avtobusların, eyni zamanda operativ nəqliyyat vasitələrinin fasiləsiz və intensiv hərəkətinin təminatıdır. Avtobus zolağına şəxsi nəqliyyat vasitələrinin daxil olması qadağandır. Zolağa daxil olan şəxsi minik avtomobilləri onlarla avtobusun hərəkəti ilə yanaşı, minlərlə sərnişinin də vaxtında təyinat yerinə çatmasına maneə yaradır”.

O qeyd edib ki, Bakının bir sıra küçə və prospektlərində 130-dan artıq taksi duracağı mövcuddur: “Hazırda yeni cəlbetmə məntəqələrinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır. Yeni cəlbetmə məntəqələrinin, əsasən, universitetlərin, ticarət mərkəzlərinin, nəqliyyat mübadilə mərkəzlərinin ətrafında, həmçinin avtobus zolaqlarının yaxınlığındakı alternativ yollarda təşkil edilməsi nəzərdə tutulur”.

Taksi xidmətində qiymətlərin tənzimlənməsi məsələsinə gəlincə, qurum rəsmisi bildirib ki, taksi sahəsində aparılan islahatlar bazarda rəqabət mühiti yaradıb və keyfiyyət dəyişikliyinə təkan verib:

“Qanunvericilik bazasının təkmilləşdirilməsi və aparılan islahatlar nəticəsində müsbət dəyişikliklər müşahidə edilir. Taksi xidməti sahəsi tənzimlənir, peşəkar əmək bazarı formalaşır və xidmət keyfiyyəti artır. Taksi minik avtomobilləri ilə daşıma qiyməti tələb və təklif əsasında müəyyən olunur. Hazırda qiymət fəaliyyət göstərən taksi operatorları tərəfindən rəqabət şəraitində formalaşır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://axar.az
archiveBu xəbər 01 Aprel 2025 00:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see569

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see410

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see293

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see292

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see286

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see264

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see258

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see231

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see226

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see214

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see213

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see210

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see208

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see205

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see202

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see199

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see197

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see192

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see181

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri