Bakıda möcüzəli göl insanlar axın edir VİDEO
Icma.az, Milli.az portalına istinadən məlumat yayır.
Paytaxtın Suraxanı rayonu, Zığ-Hövsan avtomagistralının yaxınlığında yerləşən duzlu gölə üz tutan insanların sayı artıb.
Bura kimisinə görə, "möcüzəli", kimisi üçün isə müalicəvi göldür.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, suyu duzlu və yodla zəngin olduğu üçün hər il minlərlə insan göldə çimməyə gəlir. Xüsusilə, dəri xəstəliklərindən əziyyət çəkən insanlar şəfa tapmaq üçün gölə girirlər. Ziyarətçilər bədənlərinə, ağrıyan nahiyələrə yodlu palçıq çəkir, quruduqdan sonra isə yuyunurlar.
Vətəndaşlar bu gölün həm suyundan, həm də palçığından şəfa tapdıqlarını bildirirlər.
Həkimlər isə müalicə üçün yodlu gölə üz tutanlara diqqətli olmağı tövsiyə edirlər.
O da bildirilir ki, immun sitemi zəif olan şəxslərin bu göldən istifadəsi təhlükəli ola bilər.
Daha ətraflı videomaterialı təqdim edirik.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 20 İyul 2025 21:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















