Bakıda motosiklet, skuter və velosiped sürücülərinə qarşı reyd keçirildi VİDEO
Icma.az, Lent az portalına istinadən məlumat verir.
İkitəkərli nəqliyyat vasitələrinin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə polis əməkdaşları nəzarət və profilaktik tədbirləri gücləndirilmiş şəkildə davam etdirir.
DİN-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yol hərəkəti qaydalarını pozan, sürət həddini aşan, təhlükəli manevr edən, qırmızı işıqda keçən sürücülər müəyyən olunur, onlarla maarifləndirici söhbətlər aparılır.
Sürücülərə qanunvericiliyin tələbləri izah olunur, qayda pozuntularının digər hərəkət iştirakçılarına yaratdığı təhlükələr diqqətə çatdırılır.
Polis motosiklet, moped, skuter və velosiped sürücülərinə müraciət edərək diqqətə çatdırır ki, təhlükəsizlik şəxsi seçim deyil, ictimai məsuliyyətdir, hər kəs qaydalara əməl etməlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 09 İyul 2025 17:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















