Bakıda motosikletçi qırmızı işıqdan keçərək qəza törətdi
Sfera.az saytına istinadən Icma.az xəbər verir.
İyulun 20-si saat 03:30 radələrində paytaxtın Yasamal rayonunda sürücülük hüququ və dövlət qeydiyyat nişanı olmayan motosiklet sürücüsü qəza törədib.
Sfera.az xəbər verir ki, təhlükəli manevrlər etdiyinə görə motosiklet sürücüsünə yol polisi tərəfindən “Saxla” işarəsi verilib. Lakin o, tabe olmayaraq hərəkətlərinə davam edib.
Tabesizlik göstərərək yüksək sürətlə hərəkətini davam etdirən motosiklet işıqforun qırmızı işığında keçərək “Kia” markalı avtomobillə toqquşub.
Hadisə nəticəsində motosikletin sürücüsü 2008-ci il təvəllüdlü Mehdi Şahmuradov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Baxış sayı:112
Bu xəbər 21 İyul 2025 13:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















