Icma.az
close
up
RU
Bakıda motosikletçilərin düşdüyü dəhşətli qəzanın videosu

Bakıda motosikletçilərin düşdüyü dəhşətli qəzanın videosu

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxt ərazisində motosikletlərin iştirakı ilə baş vermiş bəzi qəzaların görüntülərini yayıb.

Qaynarinfo xəbər verir ki, hadisələrə sürücülərin işıqforun qırmızı işığında hərəkət etməsi səbəb olub.

Mərkəzin sektor müdiri Ömər Xıdırov bildirib ki, Bakıda müxtəlif vaxtlarda baş verən bu qəzalara diqqət yetirdikdə istər minik avtomobilinin, istərsə də motosikletin sürücüsünün işıqforun qadağanedici siqnalını heçə sayması və yolu gəldiyi sürətlə keçməsi məlum olur: "İşıqforun qırımızı işığından keçməyin təhlükəli olması, bunun acı nəticələri ilə bağlı bir neçə dəfə videoməlumat paylaşmışıq. Ancaq, təəssüflər olsun ki, bəzi sürücülər nədənsə işıqforların qırmızı işığından keçməyin nə qədər təhlükəli olduğunun fərqində deyillər. NİİM diqqətə çatdırır ki, işıqforun qırmızı işığından keçmək ağır fəsadlara səbəb ola bilər. Buna görə də işıqfora yaxınlaşdıqda sürəti azaltmalı, lazım olan təhlükəsizlik tədbirlərini görməli və siqnalların tələblərinə riayət olunmalıdır”.

Qeyd edək ki, görüntülərdəki birinci hadisə ötən ilin noyabrın 18-i baş verib.

Hadisə zamanı iki motosiklet yolayrıcını keçərkən "Changan” və "Toyota” markalı avtomobillərə çırpılıb.

Qəza nəticəsində motosikletlərin sürücüləri və sərnişini ağır xəsarət alıblar. Bunlar 2002-ci il təvəllüdlü Zeynalabdin Elçin oğlu Tağıyev, 1989-cu il təvəllüdlü Sehran Əli oğlu Məhərrəmov və 1991-ci il təvəllüdlü Vüsal Kamil Allahverdiyev oğludur.

Yaralılar Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. Həkimlərin verdiyi məlumata görə, üç yaralı xəstəxanaya yerləşdirilib, ikisinin ayaq sümükləri sınıb. Onlar cərrahi əməliyyat edildikdən sonra xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.

İkinci hadisə isə bu il fevralın 28-i qeydə alınıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 04 Mart 2025 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see621

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see497

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see475

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see324

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see313

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see305

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see304

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see300

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see293

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see287

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see263

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see261

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see257

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see254

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see254

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see249

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see248

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see246

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri