Icma.az
close
up
RU
Bakıda mühafizəçi diş həkimi adı ilə xəstənin 11 dişini çəkib, 3 min manatını aldı

Bakıda mühafizəçi diş həkimi adı ilə xəstənin 11 dişini çəkib, 3 min manatını aldı

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Mühafizəçi diş həkimi adı ilə xəstənin 11 dişini çəkib, 3 min manatını mənimsəyib

Bakıda mühafizəçinin stomatoloq adı ilə xəstənin 11 dişini çəkdiyi iddia edilir. 

Bakıvaxtı.az Xəzər TV-yə istinadən bildirir ki, paytaxt sakini Elnarə Məhərrəmova iddia edir ki, dişlərini müalicə etdirmək üçün sosial şəbəkə vasitəsilə tapdığı həkimə müraciət edib. Dediyinə görə, o, əvvəlcə həmin həkim tərəfindən dişlərinin rentgen olunması üçün başqa klinikaya yönləndirilib. Daha sonra "Dent House" klinikasında özünü həkim olaraq təqdim edən, əslində isə Bakıda zavodların birində mühafizəçi olaraq çalışan və Fərid Əşrəfli adı ilə fəaliyyət göstərən Fərahim Quliyev xəstənin dişlərinə implant qoymaq üçün ilk olaraq sağlam 5 dişini çəkib və ümumilikdə 11 dişin hər biri üçün əvvəlcədən 1500 manat implant pulu tələb edib.

Zərərçəkən Elnarə Məhərrəmova onu da iddia edir ki, Fərid Əşrəfli daha sonra "Dental Klinika"da fəliyyətə başladığını bildirib və onu ora dəvət edib. Şikayətçinin dediyinə görə, həkim ondan ümumilikdə 3 min manat pul alıb.

Zərərçəkən məsələ ilə bağlı əvvəlcə Nərimanov Rayon Prokurorluğuna, daha sonra isə Bakı Şəhər Prokurorluğuna müraciət edib, araşdırma aparılır.

Səsləndirilən iddialarla bağlı "Dent House" klinikası ilə əlaqə saxlamağa çalışsaq da, açıqlama verməkdən imtina edildi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:203
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 14 Dekabr 2024 00:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see353

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see293

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see292

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see291

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see283

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see275

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see268

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see267

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see266

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see253

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see248

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see247

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see245

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see244

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see235

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see234

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see232

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see222

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri