Bakıda musiqi alətlərinin satıldığı mağaza yanıb VİDEO
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakının Nərimanov rayonunda mağaza yanıb.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “112” qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsində yerləşən mağazada yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 30kv.m. olan musiqi alətlərinin satışı mağazasının anbarında baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində mağazanın anbar hissəsində 6kv.m. sahədə musiqi alətləri, 6 p.m. elektrik kabeli və 3 ədəd elektrik açarı yanıb.
Anbarın böyük hissəsi və mağaza yanğından mühafizə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 19 Dekabr 2024 20:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















