Bakıda narkotacirlər belə tutuldu ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ
Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Qaradağ rayonu ərazisində növbəti əməliyyat keçirilib.
DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən 39 yaşlı Qurban Əliyev və 41 yaşlı Eşqin Hümbətov saxlanılıblar.
Onlardan 42 kiloqram 235 qram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və 500 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanıb. Araşdırmalarla saxlanılan şəxslərin ölkə ərazisində narkotiklərin satışı ilə məşğul olduqları və bu məqsədlə, əsasən, gəncləri narkokuryerliyə cəlb etdikləri müəyyənləşdirilib.
Faktla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 10 Aprel 2026 17:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















