Bakıda “Niva” sürücüsü zəncirvari qəza törətdi; hadisə kameraya düşdü VİDEO
Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Paytaxtın Müzəffər Nərimanov küçəsində baş vermiş zəncirvari yol-nəqliyyat hadisəsi avtomobilin videoregistratoruna düşüb.
Avtosfer.az-ın məlumatına görə, qəza bir müddət əvvəl, səhər saatlarında qeydə alınıb. Kadrlardan göründüyü kimi, görüntünü qeydə alan avtomobil qırıq xətdən geriyə dönmək üçün dayanır. Bu zaman arxadan gələn 90-OD-482 dövlət nömrə nişanlı “Niva” markalı avtomobilin sürücüsü ona əhəmiyyət vermədən hərəkətini davam etdirir və nəticədə toqquşma baş verir.
Zərbənin təsirindən vurulan avtomobil qarşı istiqamətdə hərəkətdə olan 27-EB-034 dövlət nömrə nişanlı “Hyundai” markalı nəqliyyat vasitəsinə, o isə öz növbəsində öndəki yük maşınına çırpılır.
Hadisə zamanı xəsarət alan olmasa da, hər dörd avtomobilə maddi ziyan dəyib.
Nərmin
Baxış sayı:115
Bu xəbər 06 Oktyabr 2025 16:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















