Icma.az
close
up
RU
Bakıda növbəti təxribat: 1 ay olmamış təkrarlandı Nə baş verir?

Bakıda növbəti təxribat: 1 ay olmamış təkrarlandı Nə baş verir?

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakıda iranlı bloger Milad Hadinejadın son addımı rezonans doğurub. Belə ki, o, Şəhidlər Xiyabanında qeyri-etik videolar çəkib, həmçinin Əbədi Məşəl abidəsi ilə bağlı yanlış məlumat yayıb. Onun bu davranışı sosial şəbəkələrdə şəhidlərin xatirəsinə hörmətsizlik kimi qiymətləndirilib və kəskin tənqidlərə səbəb olub.

Belə halların qarşısı necə alına bilər? Eyni zamanda bunun ölkənin turizm imicinə hansı təsirləri mümkündür?

Globalinfo.az-a danışan turizm üzrə ekspert Ceyhun Aşurov xatırladıb ki, bir müddət əvvəl ərəb turistlərin Şəhidlər Xiyabanında qeyri-etik hərəkətlər edib videoya çəkməsi də haqlı narazılıq doğurmuşdu:

“Dünyanın istənilən turizm bölgəsində belə hallara rast gəlinir. Təəssüf ki, hər zaman mədəni və intellektual deyil, bəzən ictimai yerlərdə özünü apara bilməyən şəxslər də səfərlərə çıxırlar. Xüsusilə istirahət zonalarında bəziləri içki qəbul edərək səs-küy yaradır, dava-dalaşa yol açırlar. Əgər bu davranışlar məqsədli şəkildə edilirsə, bu, ev sahibi olan ölkənin mədəniyyətinə və milli-mənəvi dəyərlərinə qarşı açıq hörmətsizlikdir. Bu zaman müvafiq tədbirlər görülməli, həmin şəxslərlə profilaktik söhbət aparılaraq hərəkətlərinin mahiyyəti izah edilməlidir. Çünki çox vaxt onlar davranışlarının nəticəsini dərk etmirlər. Bu isə həm özləri, həm də yerli əhali üçün ciddi narahatlığa səbəb ola bilər”.

Həmçinin oxuyun:

Saxlanılan ərəb turistlərlə bağlı qalmaqallı təklif – İki problem yarana bilər

Ceyhun Aşurov

Ekspert qeyd edib ki, turist davamlı şəkildə təhqiramiz hərəkətlər edirsə, qanunvericiliyə uyğun tədbirlər görülməlidir:

“Adətən turizm şirkətlərinin təşkil etdiyi səfərlərdə bu cür hallar müşahidə edilmir, çünki qonaqlar bələdçilərin nəzarətində olur. Daha çox fərdi turistlər və ya kiçik qruplar arasında bu cür məsuliyyətsiz davranışlara rast gəlinir. Azərbaycan haqqında müsbət təcrübələr, blogerlərin, turistlərin xoş rəyləri çox olsa da, təəssüf ki, mənfi hadisələr daha tez yayılır. Buna görə sosial mediada ölkəmizin turizm imicini düzgün təqdim edən paylaşımlara xüsusi önəm verilməlidir. Unutmaq olmaz ki,  heç bir ölkə bu kimi hallardan sığortalanmayıb. Əsas məsələ Azərbaycanı beynəlxalq arenada doğru tanıtmaq, turizm siyasətimizi ardıcıl və məqsədyönlü şəkildə həyata keçirməkdir. Ölkənin imicinin qorunması cəmiyyətin üzərinə düşən vəzifələrdən biridir”.

Qeyd edək ki, avqustun 17-də üç ərəb turist də Şəhidlər Xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri görüntünü sosial şəbəkələrdə paylaşıb. Səbail Rayon Məhkəməsi tərəfindən şəxslər barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Ləman İmran
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:50
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 08 Sentyabr 2025 19:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see254

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see201

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see164

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see145

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri