Bakıda oğul anasını amansızlıqla qətlə yetirdi Foto
Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakıda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb.
Sabunçu rayon prokurorluğundan Axar.az-a verilən məlumata görə, yanvarın 24-də paytaxtın Sabunçu rayonu ərazisində 1959-cu il təvəllüdlü Həyat Ağayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla 1981-ci il təvəllüdlü Emil Ağayevin bıçaqla xəsarətlər yetirərək Həyat Ağayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, E.Ağayev iş üzrə şübhəli şəxs qismində tutulub.
Saxlanılan E.Ağayevin H.Ağayevanın oğlu olduğu bildirilir.
Trend-in yazdığına görə, Emil Ağayev əvvəllər narkotik istifadəçisi olub. O, hətta bir müddət aidiyyatı dispanserdə bu asılılığa görə müalicə də alıb. İddialara görə, Emin Ağayev hadisəni əvvəlcədən planlayıb. Çünki həmin gecə Emin Ağayev yoldaşı ilə birgə qayınanasıgildə qalıb. Səhər saatlarında evə qayıdaraq anasının iş yerinə taksi göndərib, onun təcili evə gəlməsini xahiş edib. Bundan sonra anasını bıçaqla xüsusi amansızlıqla qətlə yetirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 26 Yanvar 2026 10:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















