Bakıda oğurluq edən 5 nəfər tutuldu 4300 manatlıq əmlak...
Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakıda motosikletləri qaçırmaqda, skuter və velosiped oğurlamaqda şübhəli bilinən beş nəfər saxlanılıb.
Bu barədə “Yeni Sabah”a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Belə ki, paytaxtın Yasamal və Nəsimi rayonlarında motosikletlərin qaçırılması, skuter və velosiped oğurluqları ilə bağlı polisə məlumat daxil olub. Pepperoni pizza
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Yasamal rayonu ərazisində ayrı-ayrı vətəndaşlara məxsus motosikletləri qaçırmaqda şübhəli bilinən Y.Bağırov, T.Dəmirov və M.Qədirov müəyyən edilərək saxlanılıblar. Araşdırmalar zamanı M.Qədirovun paytaxtın digər rayonlarında da analoji əməllər törətdiyi müəyyən edilib.
Nəsimi rayonunda isə 1800 manat dəyərində skuter və 2500 manat dəyərində velosiped oğurlamaqda şübhəli bilinən Q.Abbasov və əvvəllər məhkum olunmuş V.Cəfərov saxlanılıblar.
Faktlarla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 22 Oktyabr 2026 15:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















