Icma.az
close
up
RU
Bakıda oteldə DƏHŞƏT: keçmiş arvadını çağırıb GÜLLƏLƏDİ

Bakıda oteldə DƏHŞƏT: keçmiş arvadını çağırıb GÜLLƏLƏDİ

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

CİNAYƏT İŞİ

Qısa arayış...

2024-cü il yanvarın 16-da Bakının Səbail rayonunda yerləşən otellərdən birində güllələnmə hadisəsi olub. Daxil olan məlumat əsasında polis və prokurorluq əməkdaşları hadisə yerinə yollanıblar. Məlum olub ki, hadisə Salyan yolunun 14-cü km-də yerləşən “Sahil” otelinin 609 nömrəli otağında baş verib. 
Bərdə rayon sakini 1993-cü il təvəllüdlü Rəşad Əsədzadə 41-ci bölmənin əməkdaşları tərəfindən saxlanılıb.

Anket məlumatlarına əsasən, o, 2019-cu ildə rayon məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə 1 il 11 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub. 2020-ci ildə həmin məhkəmənin hökmü ilə CM-nin 127.1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə 1 il müddətinə azadlıqdan məhrum olunub.
Faktla bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Cəmilə Məmmədovanın aldığı xəsarətlər ümumi əmək qabiliyyətinin 1/3-dən çox hissəsinin itirilməsi ilə nəticələnib.

Lent.az cinayət hadisəsinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, Rəşad Əsədzadə əvvəllər rəsmi nikah bağlanmadan ər-arvad münasibətində olduğu Cəmilə Məmmədovanı qısqanıb. Belə ki, qadın ondan ayrılıb və faktiki ayrı yaşayıblar. R. Əsədzadə əsaslı dəlillər olmadan keçmiş arvadının digər şəxslərlə görüşməsini zənn edib və bunu özü üçün qəbul edilməz hal hesab edib. Qadını öldürmək qərarına gələn Əsədzadə yaşadığı Bərdə rayonu Mustafaağalı kəndində, ov tüfənginin lüləsini kustar üsulla kəsib qısaldaraq, silahın ilkin təyinatını dəyişdirib. Daah sonra cinayətkar niyyətini həyata keçirmək üçün Bakıya gəlib. Qız övladına baxması üçün pul verəcəyi adı ilə aldadıb Cəmilə Məmmədovanı görüşə dəvət edib. Yanvarın 16-ı saat 23 radələrində Salyan yolunun, 14-cü km-də yerləşən otelin 2-ci mərtəbəsində yerləşən 609 nömrəli otağında odlu silahdan yaxın məsafədən qadının döş qəfəsinə atəş açıb. Atəş səsinə gələn otel işçilərinin hadisəyə müdaxilə etməsindən, habelə vaxtında xəstəxanaya çatdırılaraq göstərilmiş tibbi yardım nəticəsində zərərçəkmişin həyatını xilas etmək mümkün olub.

İş üzrə dindirilmiş Rəşad Əsədzadə bildirib ki, Cəmilə Məmmədova ilə qeyri-rəsmi 2010-cu ildən 2016-cı ilin axırlarına kimi yaşayıb. 2011-ci ildə qız övladları anadan olub:

“Cəmilə ilə ayrılandan sonra 2018-ci ildən başqa qadınla ər-arvad münasibətində olduq, iki oğlan övladım dünyaya gəldi. 2024-cü ilin yanvar ayında mərhum babamdan qalan sənədsiz tüfəngin təyinatını dəyişdirərək, rayondan Bakıya gəldim. Ayın 15-də günorta taksi ilə Bərdədən Bakıya gələrkən yol boyu spirtli içki qəbul etdim. Yolda istifadəmdə olan telefondan keçmiş arvadıma zəng edərək, görüşmək istədiyimi dedim.

Lakin o, mənimlə görüşmək istəmədiyini söylədi. Saat 19 radələrində Salyan şossesində yerləşən otelə gəlib, 35 manat pul ödəməklə nömrə götürdüm. Növbəti gün saat 20 radələrində Cəmiləyə zəng edib bu dəfə ona nikahımızdan olan övladıma baxması üçün 1000 manat pul verəcəyimi vəd edib aldadaraq otelə çağırdım. Qadın razılaşaraq, 1-2 saata ora gələcəyini dedi. Gözlədiyim müddətdə onu öldürmək məqsədi ilə rayondan gətirdiyim silahı yataq otağında çarpayının altına qoydum”.

Saat 23 radələrində Cəmilə içəri daxil olub, işi olduğunu və pul vəsaitini alıb, gedəcəyini deyib:

“Cavab olaraq, ona bildirdim ki, yüngül həyat tərzinə son qoysun, yoxsa onun üçün pis olacaq. Cəmilə məndən boşandığını və istədiyi tərzdə yaşayacağını dedi. Qadına hamam otağına keçməsini və söz verdiyi məbləğin çantamda olmasını söylədim. Cəmilə inanıb hamama keçəndə, əlimdə silahla arxadan onu çağırdım. Qadın mənə tərəf çevirilib qışqırdı. Ürək nahiyəsini nişan alıb atəş açmaq istəyəndə Cəmilə əli ilə silahın lüləsini kənara itələdi. Bu zaman atəş açıldı, güllə qadının sağ qoluna dəydi. Cəmilə yerə yıxıldı. Növbəti atəşi açmaq istəyəndə, otelin işçiləri otağa girib qadını öldürməyimə mane oldular”.


Zərərçəkmiş Cəmilə Məmmədova ifadəsində göstərib ki, hadisədən təxminən 6 ay əvvəl anası Validə Firudinova Rəşad Əsədzadə ilə mal-qara saxlamaq üçün birlikdə işə başlayıblar:

“Keçmiş yoldaşımla anam arasında olan şifahi razılaşmaya əsasən Rəşad ödəməli olduğu 8000-9000 manat məbləğində aliment borcu əvəzinə, təmənnasız anama məxsus olan mal-qaraya rayonda yerləşən fermasında baxmasını öhdəsinə götürmüşdü. 2023-cü ilin dekabr ayında Rəşadla qonşuluqda yaşayan Talıb adlı şəxs mənə zəng edərək anama məxsus heyvanların Rəşad tərəfindən satıldığını xəbər verdi. Bundan sonra aramızda mübahisə yarandı. Yanvarın 16-da otelə gələndə Rəşadın sərxoş vəziyyətdə olduğunu və masanın üzərində spirtli içki olduğunu gördüm. Söhbət zamanı keçmiş ərim Bərdə rayonunda işlətdiyi qumarxananın polislər tərəfindən ifşa olunduğunu və bu səbəbdən Bakıya  gəldiyini dedi. Ona tələsdiyimi və vəd etdiyi pul vəsaitini verməsini xahiş edəndə, aramızda mübahisə yarandı.

Həmin vaxt otelin işçilərindən biri iki dəfə otağa gələrək, səs-küyə görə bizə iradını bildirdi. Hamam otağında Rəşad tüfənginin lüləsini sinəmə istiqamətləndirib məni öldürəcəyini dedi. Silahdan atəş açılandan sonra yerə yıxıldım. İçəri girən otelin işçilərin biri Rəşadın belində olan bıçağı götürərək, kənara tulladı. Köməklik edərək, sağ qolumu iplə bağladılar ki, çox qan itirməyim”.

Otel işçiləri Təcili Tibbi Yardıma və polisə məlumat veriblər. Təxminən 10 dəqiqədən sonra otelin işçiləri onu anasının idarə etdiyi avtomobilə mindirərək Kliniki Tibbi Mərkəzə yola salıblar. 
Məhkəmə iclasında Rəşad Əsədzadə ittiham üzrə özünü təqsirli bilməyib. Zərərçəkmiş Cəmilə Məmmədova qeyd edib ki, təqsirləndirilən şəxsin onu qısqanclıq zəmnində öldürmək istəməsi tamamilə yalandır:

“Çünki  10 ilə yaxındır ki bir yerdə yaşamırıq. Həmçinin bu günədək övladı üçün bir manat da olsun aliment pulu ödəməyib. Rəşad Əsədzadə ilə barışmamışam və onun barəsində ədalətli qərar çıxarılmasını xahiş edirəm”.


Təqsirləndirilən şəxs məhkəmədən heç bir xahişi olmamasını bildirib.
Məhkəmə hesab edib ki, Rəşad Əsədzadənin təqsirli olması özünün qismən etirafedici, zərərçəkmiş və şahidlərin ifadələri, ekspertizaların rəyləri və digər iş materialları ilə tam sübuta yetirilib. Odur ki o, Cinayət Məcəlləsinin 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd), 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və ya gəzdirmə) və 229.1-ci (qanunsuz olaraq odlu silah hazırlama) maddələrinin sanksiyası həddində cəzalandırılmalıdır.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Rəşad Əsədzadə 15 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://lent.az
archiveBu xəbər 18 Fevral 2025 20:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see348

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see340

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see332

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see326

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see325

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see296

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see291

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see283

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see265

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see258

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see246

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see238

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see236

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see215

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see195

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see192

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see190

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see188

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri