Icma.az
close
up
RU
Bakıda özəl obyekt sahibindən xəbərsiz sökülüb? Açıqlama Video Fotolar

Bakıda özəl obyekt sahibindən xəbərsiz sökülüb? Açıqlama Video Fotolar

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakıda vətəndaşa məxsus özəl mülk sahibinin razılığı və xəbəri olmadan sökülüb.

“Qafqazinfo” Haqqin.az-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Süleyman Vəzirov küçəsi, 33 ünvanında, “Ağ şəhər” kimi tanınan ərazinin yaxınlığında qeydə alınıb.

İddiaya görə, cari il yanvarın 6-da obyektin sahibi Rəşid Hüseynovun iştirakı olmadan 1700 kvadrat metr ərazidə yerləşən 592,7 kvadrat metr sahəsi olan bina tamamilə dağıdılıb, içərisində olan əşyalar isə qarət edilib. İnsidentin isə günorta saatlarında baş verdiyi vurğulanıb.

Zərərçəkmişin vəkili Şaiq Mirzəyevin sözlərinə görə, obyekt sahibi ərazidə sonuncu dəfə ötən ilin dekabrında olub. Həmin zaman söküntü işləri və yaxud söküntü ilə bağlı hər hansı rəsmi xəbərdarlığa rast gəlməyib. Lakin Yeni il tətilindən qayıdan R. Hüseynov binanın dağıdıldığının şahidi olub. İlkin hesablamalara görə, dəymiş zərər təqribən 300 min manat təşkil edir. 

Vəkil, həmçinin tikiliyə dair bütün hüquqi sənədlərin olduğunu bildirib: “Bizə heç bir yazılı və şifahi bildiriş daxil olmayıb. Söküntünü hansı struktur və yaxud şirkətin həyata keçirdiyi məlum deyil. Eyni zamanda əmlakın və şəxsi əşyaların da kim tərəfindən oğurlandığı məlum deyil”.

Qeyd olunub ki, dağıntının gedişinə nəzər yetirilsə, əməliyyatın diqqətlə təşkil edildiyini görmək mümkündür. Söküntü işlərini həyata keçirən naməlum şəxslər ilk olaraq darvazanı söküblər, videomüşahidə kameraları çıxarılıb, daha sonra ekskavatorlarla binanın hissələri sökülüb. Həmçinin plastik pəncərələr, seyf qapıları və məişət texnikası yoxa çıxıb.

Vəkil qeyd edib ki, Rəşid Hüseynov əmlakının hara yoxa çıxdığını hələ də müəyyən edə bilməyib.

Məlumata görə, ərazidə yerləşən ofis də tamamilə dağıdılıb və oradan televizor, kondisoner və ofis mebeli oğurlanıb. Ofisin yanında yerləşən yarıdağıdılmış otaqda isə başqa şəxslərin burada olmasına dair izlər - paltar, kitab, qida qalıqları, şüşələr və s. qalıb. Ş.Mirzəyev burada şəxsi sənədlərin, diplomların, eləcə də Hüseynovun ailə fotoarxivinin saxlanıldığını sözlərinə əlavə edib.

Ərazidən, həmçinin sayğaclar, kanalizasiya boruları, elektrik kabelləri və santexnika, eləcə də limon ağacları oğurlanıb.

R.Hüseynov məsələ ilə bağlı 37-ci polis bölməsinə, Xətai Rayon Polis İdarəsinə, rayon prokurorluğuna və icra hakimiyyətlərinə müraciət edib. Tezliklə məsələ polisdən alınaraq Xətai Rayon Prokurorluğuna verilib. Bildirilir ki, hadisədən bir neçə ay keçməsinə baxmayaraq, söküntü işlərində təqsirkar olan şəxslər müəyyən edilməyib, cinayət işi başladılıb, obyektin sahibi zərərçəkmiş şəxs olaraq tanınmayıb, təzminat məsələsi isə açıq olaraq qalıb.

Xətai Rayon Prokurorluğundan Rəşid Hüseynova ünvanlanmış məktubda isə qurumun, fikrincə, hadisənin mülki-hüquqi məsələ xarakteri daşıdığından məhkəməyə müraciət etməsi tövsiyə olunub.

Bununla yanaşı, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Hüseynova bildiriblər ki, sözügedən məsələ onların səlahiyyətlərinə aid deyil və qeyd olunub ki, məsələyə rayon rəhbərliyi münasibət bildirməlidir.

Xətai Rayon İcra Hakimiyyətindən isə “Ağ Şəhər” zonasında sahibin razılığı olmadan söküntü işinin mümkün olmadığı, Hüseynova isə təzminat ödənildiyi iddia edilib. Lakin məsələ ilə bağlı hər hansı təsdiqedici sənəd və yaxud rəsmi izahat verilməyib. Həmçinin araşdırma aparılacağı vəd edilsə də, nəticə barədə hələ də məlumat verilməyib.






Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:225
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 31 May 2025 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri