Icma.az
close
up
RU
Bakıda özünü binadan atan gənc oğlanın son durumu açıqlandı YENİLƏNDİ

Bakıda özünü binadan atan gənc oğlanın son durumu açıqlandı YENİLƏNDİ

"Bakının Qaradağ rayonu, Yeni şəhərcik yaşayış massivində yerləşən binanın 5-ci mərtəbəsindən özünü atan 1998-ci il təvəllüdlü Vüqar İlqar oğlu Əliyev hazırda Reanimasiya şöbəsindədir".
Bunu Oxu.Az-a açıqlamasında Kliniki Tibbi Mərkəzin Mətbuat Xidmətinin rəhbəri Ruzbeh Məmməd deyib.

O bildirib ki, şəxs hazırda Reanimasiya şöbəsindədir və vəziyyəti ağır olaraq qiymətləndirilir:
"19 dekabr, saat 17:04-də 1998-ci il təvəllüdlü şəxs (kişi cinsli) müştərək travma, 12-ci döş fəqərəsinin sınığı diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya edilib.
Yaralıya ilkin tibbi yardım göstərilib və zəruri tibbi müayinələrdən keçirilib".
***08:10
Bakının Qaradağ rayonunda intihara cəhd hadisəsi baş verib.
Demokrat.az  APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni şəhərcik yaşayış massivi, bina 3 ünvanında qeydə alınıb.
1998-ci il təvəllüdlü Vüqar İlqar oğlu Əliyev yaşadığı binanın 5-ci mərtəbəsindən özünü atıb.
Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Onun vəziyyəti ağır olaraq qiymətləndirilir.

seeBaxış sayı:59
embedMənbə:https://demokrat.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri