Icma.az
close
up
RU
Bakıda panel müzakirələr keçirildi FOTOLAR

Bakıda panel müzakirələr keçirildi FOTOLAR

Icma.az, Avtosfer saytına istinadən bildirir.

Bakıda COP29 çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin “Qida, Kənd Təsərrüfatı və Su Günü”ndə keçirdiyi sonuncu panel müzakirə “Fermerlər üçün İqlim Maliyyəsinin işlək mexanizmi: Təsərrüfatdaxili təcrübələr və konkret həllər” mövzusuna həsr olunub.

Avtosfer.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan kənd təsərrüfatı naziri Məcnun Məmmədov beynəlxalq iqlim konfransı çərçivəsində keçirilən panel müzakirələrin kənd təsərrüfatının gələcəyinə xidmət etdiyini, kollektiv fəaliyyətin qlobal qida sistemlərinin iqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi və davamlı inkişaf çağırışlarına cavab verməsi prosesinə töhfə verəcəyini qeyd edib.

Nazir kənd təsərrüfatının gələcəyinin innovasiya, texnologiya və inklüzivlikdən asılı olduğunu vurğulayıb. O bildirib ki, bu məqsədlə Azərbaycan hökuməti fermerlərə məhsuldarlığı optimallaşdıran, resurslara qənaət edən və iqlimə davamlılığı artıran süni intellekt və rəqəmsal alətlər də daxil olmaqla qabaqcıl texnologiyaların mənimsənilməsinə kömək edən təşəbbüslərə üstünlük verir. Bu yanaşma təkcə məhsuldarlığı artırmaq üçün deyil, həm də davamlı kənd təsərrüfatı təcrübələrinin təməlini yaratmaq üçün vacibdir.

Nazir tədbir iştirakçılarını fermerlərin, qadınların və gənclərin səlahiyyətlərini gücləndirməyə, həll yollarını paylaşmağa və qlobal ərzaq təhlükəsizliyinə töhfə verməyi hədəfləyən Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsünü dəstəkləməyə çağırıb: “Biz inanırıq ki, bu təşəbbüs altında birləşməklə, davamlılığı gücləndirən və hətta iqlim qeyri-müəyyənliyi qarşısında fermerlərə inkişaf etməyə imkan verən güclü şəbəkə yarada bilərik”.

Panel müzakirələrdə çıxış edən yerli və xarici mütəxəssislər qeyd ediblər ki, məhdud resurslardan səmərəli istifadə etmək üçün kənd təsərrüfatının hər bir sektorunda rəqəmsallaşma tələb olunur. Onların fikrincə, innovasiyaların inteqrasiya edilməsi, insan potensialının və inklüzivliyin inkişaf etdirilməsi gələcəkdə kənd təsərrüfatının uğurunu müəyyən edəcək. Natiqlər vurğulayıblar ki, müasir dövrdə qlobal iqlim dəyişikliyi fonunda kənd təsərrüfatının inklüziv və dayanıqlı inkişafının təmin olunması əsas hədəflərdən birinə çevrilib. Bildirilib ki, aqrar sahədə istehsalın artırılması və ərzaq təhlükəsizliyinin təmin edilməsi qlobal səviyyədə mütəmadi əməkdaşlığı zəruri edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:202
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 19 Noyabr 2024 20:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see363

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see350

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see247

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see247

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see236

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see232

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see224

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see223

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see192

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see189

"Sabah" ÇL də neçəncidir?

14 Oktyabr 2026 02:01see177

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see176

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see169

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

14 Oktyabr 2026 03:11see166

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

14 Oktyabr 2026 05:06see165

Bu həftə bürclərin uğurlu rəngləri və rəqəmləri açıqlanıb

14 Oktyabr 2026 01:35see160

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see152

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see150

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see150

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri