Icma.az
close
up
RU
Bakıda partlayış: 15 mənzilin sakininə kirayə pulu veriləcək

Bakıda partlayış: 15 mənzilin sakininə kirayə pulu veriləcək

Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakının Nizami rayonundakı Əli Vəliyev küçəsində partlayış nəticəsində qəzalı vəziyyətə düşən binada 15 mənzilin sakininə müvəqqəti kirayə pulu veriləcək. 

Yenisabah.az xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov deyib.

Onun sözlərinə görə, Bakının Nizami rayonunda Əli Vəliyev küçəsində yerləşən binada ilkin ehtimala görə qaz sızması nəticəsində partlayış baş verib:  Pepperoni pizza

"Hadisə beşmərtəbəli binanın sonuncu mərtəbəsində birotaqlı mənzildə baş verib. Ağır xəsarət alan və həyatını itirən olmayıb, lakin binanın birinci girişinin dörd və beşinci mərtəbələri qəzalı vəziyyətə düşüb. Orada xilasetmə işləri aparılıb, əhali təxliyə edilib, bina nəzarətə götürülərək bütün kommunikasiya xətləri kəsilib".

E.Əsədov bildirib ki, hadisədən sonra tikinti mütəxəssisləri binaya baxış keçiriblər:

"Müəyyən olunub ki, birinci girişin dörd və beşinci mərtəbələri tam qəzalı vəziyyətə düşüb. Həmin mərtəbələr sökülüb yenidən bərpa ediləcək. Yaxın müddətdə hökumət bununla bağlı müvafiq qərar qəbul edəcək. Layihə, smeta sənədləri hazırlanacaq, binanın bərpa işlərinə başlanılacaq. Binanın bərpası müddətində birinci girişdə yaşayan 15 mənzilin sakinlərinin müvəqqəti yaşayışı üçün kirayə haqları ödəniləcək. Çalışacayıq ki, bu işləri qısa müddətdə başa çatdıraq və sakinləri öz evlərinə qaytaraq". 

Xatırladaq ki, bu gün səhər saatlarında Əli Vəliyev küçəsində beşmərtəbəli yaşayış binasında mənzildə partlayış baş verib. 

Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən birotaqlı mənzildə yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi və vətəndaşın müxtəlif dərəcəli bədən xəsarətləri alaraq köməksiz vəziyyətdə qaldığı müəyyən olunub. Vətəndaş Teymur Musa oğlu Muqamov xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Həmçinin təhlükəsizlik tədbirləri çərçivəsində qonşu mənzillərin sakinləri də təxliyə edilib.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 28 Avqust 2025 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see324

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see324

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see320

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see316

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see299

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see283

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see279

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see274

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see273

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see270

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see268

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see261

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see258

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see258

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see246

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see242

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see241

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see225

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri