Icma.az
close
up
RU
Bakıda pivə zavodu dənizi belə murdarlayır RƏSMİ AÇIQLAMA

Bakıda pivə zavodu dənizi belə murdarlayır RƏSMİ AÇIQLAMA

Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Bakının Xətai rayonunda yerləşən sənaye müəssisələrindən birinin Xəzər dənizinə kəskin qoxulu tullantı suları axıtdığı bildirilib.

Bakupost.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan narahatedici görüntülərdə qırmızımtıl-qonur rəngli mayenin açıq axarla sahilə doğru yönləndirildiyi əks olunub.

Bakupost.az məsələ ilə bağlı ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinə sorğu ünvanlayıb. Qurumdan bildirilib ki, 8 may 2026-cı il tarixdə keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri, Xətai rayonu, Piyvəzavod küçəsi ünvanında fəaliyyət göstərən “Alko LMD Azər Spirt 2024” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus spirtli içkilərin istehsalı zavodunda formalaşan tullantı sularının əvvəlcə açıq axarla, daha sonra isə diametri 300 mm olan yeraltı plastik boru xətti ilə Xəzər dənizi istiqamətində axıdıldığı müəyyən edilib:

“Axıdılan kəskin qoxulu qırmızımtıl-qonur rəngli tullantı sularının tərkibinin müəyyən olunması məqsədilə götürülmüş su nümunələrinin laboratoriya sınaqları aparılıb. Laborator analiz nəticələrinə əsasən su nümunələrində asılı maddələrin, oksigenə kimyəvi tələbatın (OKT), oksigenə bioloji tələbatın (OBT5) və ammoniumun miqdarının yol verilən qatılıq həddindən dəfələrlə yüksək olduğu məlum olub”.

Xidmətin məlumatında bildirilib ki, tullantı sularının tərkibində OBT5, OKT və asılı maddələrin miqdarının normadan artıq olması Xəzər dənizi ekosisteminə və su bioresurslarına ciddi mənfi təsir göstərir:

“Belə ki, OBT5 və OKT göstəricilərinin yüksək olması suda çoxlu üzvi və kimyəvi çirkləndiricinin olduğunu göstərir ki, bu maddələrin parçalanması suda həll olmuş oksigenin sürətlə azalmasına və nəticədə su canlılarının oksigen çatışmazlığından məhv olmasına səbəb ola bilər. Eyni zamanda, asılı maddələrin çox olması günəş işığının suyun dərin qatlarına keçməsini məhdudlaşdırır, fotosintezi zəiflədir, dib canlılarının üzərini örtərək onların məhv olma riskini artırır.

Aşkar edilmiş faktlara əsasən Azərbaycan Respublikasının Su Məcəlləsinin, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 sentyabr 1999-cu il tarixli 146 saylı Qərarı ilə təsdiq edilmiş “Balıqçılıq su obyektlərinə zərərli təsirlərin yol verilən normaları”nın tələblərinin pozulduğu müəyyən edilib.

Bu da öz növbəsində, dəniz ətraf mühitini quruda olan mənbələrdən çirkləndirməklə insan sağlamlığı və dənizin canlı sərvətləri üçün zərərli olan, yaxud dənizdən qanuni istifadəyə mane olan maddələri və ya materialları tullama qaydalarını pozmaqla dəniz ətraf mühitini çirkləndirməklə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 252.1-ci, eyni zamanda yerüstü və ya yeraltı suların, istifadə olunan su mənbələrinin çirkləndirilməsi, tükənməsi və ya onların təbii xassələrinin başqa cür dəyişdirilməsi, balıq və digər su bioresurslarına əhəmiyyətli zərərin vurulması ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 250.1-ci maddəsinin tələbinə əsasən cinayət tərkibinin əlamətləri olduğundan iş üzrə toplanmış materiallar pozuntunun qarşısının alınması və məsələyə hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinə göndərilib”.

Lalə, BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 08 İyun 2026 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see375

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see373

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see334

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see323

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see306

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see305

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see301

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see266

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see250

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see239

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see229

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see200

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see199

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see197

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see193

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see183

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see181

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see176

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see173

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri