Icma.az
close
up
RU
Bakıda piyada ölümlərini artıran səbəblər: uyğun olmayan keçidlər, qaranlıq küçələr...

Bakıda piyada ölümlərini artıran səbəblər: uyğun olmayan keçidlər, qaranlıq küçələr...

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Bakıda ölüm və yaxud ağır xəsarətlərlə nəticələnən yol qəzalarının bir hissəsi piyada keçidlərinin yaxınlığında baş verir. Bəzən avtomobillər piyada keçidi olduğunu xəbər verən nişanlara məhəl qoymur və nəticədə zolaqdan keçən piyadanı vurur. Bir sıra hallarda da piyadalar yeraltı və yaxud yerüstü keçid olmasına baxmayaraq, onlardan istifadə etmir, yolu sürətlə keçməyə çalışır, qəfildən maşınların qarşısına çıxır. Həm piyadalar, həm də sürücülərin bu cür qəzaları doğuran səbəblərlə bağlı öz fikirləri var. Onlar hesab edir ki, müvafiq dövlət strukturlarının bir çox hallarda yol hərəkəti iştirakçılarını nəzərə almaması, laqeyd yanaşması qəzalarla nəticələnir.

Paytaxtda taksi fəaliyyəti ilə məşğul olan İsa Məmmədov Bizimyol.info xəbər portalına danışır ki, xüsusən günün qaranlıq vaxtlarında ciddi problemlərlə üzləşirlər. Onun sözlərinə görə, küçələrin bir çoxunda işıqlandırma olmaması yol-nəqliyyat hadisələrinə səbəb olur: “Küçələrdə işıqlandırma olmayanda, xüsusən yağışlı havada çox əziyyət çəkirəm. Yolun üstündəki zolağı, keçən insanı bəzən görmək olmur. Keçidlərdə bəzən sürücülər üçün xəbərdarlıq məqsədi daşıyan xüsusi işıqlar olur. Amma bütün zolaqlı keçidlərdə bu yoxdur. Qaranlıq küçədə üstəlik, qarşıdan gələn avtomobilin işığı adamın gözünə düşəndə heç görmək olmur. Təsəvvür edin, hava qaranlıq və yolu keçən insanın da geyimi tünd rəngdədirsə, yağışlı havada onu görmək o qədər çətin olur ki. Bakı kimi, əhalisi çox, avtomobillər sıx olan bir şəhərdə hələ də lazımi işıqlandırma yoxdur”.

Sürücü bəzi piyadaları məsuliyyətsizlikdə ittiham edir. Deyir ki, yeraltı və yaxud yerüstü keçidlər olduğu halda, istifadə etmirlər. Bəzən də işıqfora əhəmiyyət vermirlər: “Sanki canlarından beziblər, yolu necə gəldi, keçirlər. Maşın vuranda da sürücü günahkar olur. Bu yaxınlarda Abşeron Gənclər Şəhərçiyinin qarşısında, düz yerüstü piyada keçidinin altında ağır qəza oldu. Sürət həddi saatda 90 kilometr olan yolda keçiddən keçməyib, yoldan keçib. Nəticədə maşın vurub”.

Həbibə Vəliyeva piyadalarla bağlı iradları qəbul etsə də, başqa səbəblərdən danışır. Həbibə Vəliyeva bildirir ki, “Şamaxinka” ərazisində hərəkət zamanı yerüstü keçiddən istifadə etmək lazımdır. Lazım yaşına və səhhətindəki problemlərə görə həmin keçiddən istifadə zamanı çox çətinlik çəkir: “O keçidin layihəsini kim hazırlayıb, çox maraqlıdır. Hazırlayan hazırladı, bəs təsdiqləyənlər düşünmədilər ki, bunun qocası var, xəstəsi var. İnanın, o keçidi keçib bitirənə qədər nələr çəkdiyimi bir Allah bilir. Mənim 70 yaşım var, səhhətimdə nə qədər problem var. Çox böyük keçiddir, nə qədər də pilləkən qoyulub. Heç kimin ağlına gəlmədi ki, o qədər hündür pilləkənlərin əvəzinə eskalator qoyaq?”

Dövlət qurumları bu cür keçidlərlə bağlı iradlara cavab olaraq, bəyan edirlər ki, əlilləri, yaşlı və xəstə insanları da nəzərə alıblar. Pilləkənli keçidlərin əksəriyyətində əlavə lift də quraşdırılıb. Bu kateqoriyadan olan şəxslər həmin liftlər vasitəsilə keçidlərdən istifadə edə bilərlər.

Rəna Yusifzadə bildirir ki, həmin liftlər bir çox hallarda işləmir: “Elə keçidlərdən keçmək təkcə yaşlılar, xəstələr üçün yox, hamı üçün çətindir. Qızım hər dəfə təngnəfəs olur. Ona görə gənclər, əlində yük olanlar və s. adamlar da liftlərdən istifadə edirlər. Nəticədə tez-tez xarab olur, işləmir”.

Dövlət proqramında yol hərəkətinin təhlükəsizliyi ilə bağlı xüsusi müddəalar da yer alıb. Piyada keçidlərinin düzgün layihələndirilməsi, işıqlandırma məsələləri və s. orada öz əksini tapıb. Belə görünür ki, həmin məsələlər kağız üzərində qalıb.

Aytən, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 13 Dekabr 2025 00:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see197

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see189

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see188

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see184

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see171

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see155

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see155

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see152

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see150

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see144

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see139

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri