Bakıda piyada ölümü ilə nəticələnən avtoqəza olub
Report.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakıda avtomobil təxminən 40-45 yaşlarda kişini vurub.
"Report" xəbər verir ki, hadisə Sabunçu körpüsunun yaxınlığında baş verib.
Belə ki, 1980-ci il təvəllüdlü Abdullayev Nail Fuad oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə Heydər Əliyev prospektində hava limanı istiqamətində hərəkətdə olarkən Sabunçu körpüsünün yaxınlığında ehtiyatsızlıqdan piyadanı vurub.
Həmin şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb. Onun şəxsiyyəti hələlik müəyyən edilməyib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb.
Baxış sayı:139
Bu xəbər 07 Yanvar 2025 10:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















