Icma.az
close
up
RU
Bakıda piyadaların vurulması Anbaan video KONKRET

Bakıda piyadaların vurulması Anbaan video KONKRET

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son zamanlar piyadavurma hallarının təhlili qəzaların əsasən piyadaların yolu müəyyən olunmayan yerlərdən keçmələri, nəqliyyat vasitələrinin önündən anidən yola çıxmaları, yolu keçərkən yola baxmamaları və sair bu kimi hallar səbəbindən baş verdiyini göstərir.

KONKRET.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) müraciətində bildirilib.

“Dəfələrlə xəbərdar edilməsinə baxmayaraq, yenə də bəzi piyadalar öz həyatlarına biganə yanaşaraq yol hərəkəti qaydalarını kobud formada pozur, nəticədə həyatlarını itirirlər. Baş Dövlət Yol Polisi İdarəsi bir daha həyati əhəmiyyətli təhlükəsizlik qaydalarını piyadaların və sürücülərin diqqətinə çatdırır.

Piyadalar Üçün Təhlükəsizlik Qaydaları:

– Yolu yalnız müəyyən olunmuş yerlərdən keçin – Piyada keçidləri, yeraltı və ya yerüstü keçidlərdən istifadə edin.

– İşıqforun siqnallarına riayət edin – Yalnız yaşıl işıqda yolu keçin. Qırmızı işıqda dayanmaq vacibdir.

– Göz təması qurun – Sürücünün sizi gördüyünə əmin olun.

– Telefon və qulaqcıqlardan istifadə etməyin – Yolu keçərkən diqqətiniz dağılmamalıdır.

– Gecə vaxtı reflektorlu və ya açıq rəngli geyim geyinin – Bu, sürücülərin sizi daha yaxşı görməsinə kömək edər.

– Dayanmış avtomobilin qarşısından yolu keçməyin – Bu, digər sürücülərin sizi görməməsinə səbəb ola bilər.

– Qaçaraq və ya ani hərəkətlə yolu keçməyin – Sürücülər sizin hərəkətinizi əvvəlcədən görməli və reaksiya verməyə vaxt tapmalıdırlar.

Sürücülər üçün Təhlükəsizlik Qaydaları:

– Piyada keçidlərinə yaxınlaşarkən sürəti azaldın – Piyadalara yol verməyə hazır olun.

– İşıqforlara və yol nişanlarına əməl edin – Xüsusilə məktəb və xəstəxana yaxınlığında daha diqqətli olun.

– Yağışlı və qarlı havada ehtiyatlı sürün – Yol sürüşkən ola bilər və əyləc məsafəsi uzana bilər.

– Piyadaları gözləyin və göz təması qurun – Əmin olun ki, piyada sizin maşını dayandırdığınızı anlayır.

– Telefon və digər yayındırıcı vasitələrdən istifadə etməyin – Sürərkən diqqətiniz tam yolda olmalıdır.

– Alkoqollu içkilərdən sonra sükan arxasına keçməyin – Bu, həm sizin, həm də digər hərəkət iştirakçılarının həyatı üçün təhlükəlidir.

– Uşaqlı və yaşlı piyadalara xüsusi diqqət ayırın – Onlar daha ləng hərəkət edə bilər və təhlükəni vaxtında fərq etməyə bilər.

– Maksimum sürət həddini aşmayın – Sürət həddi piyadaların və digər nəqliyyat vasitələrinin təhlükəsizliyini qorumaq üçün müəyyən edilib.

Bu qaydalara riayət etməklə yollarda təhlükəsizliyi təmin etmək mümkündür”, – müraciətdə vurğulanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:173
embedMənbə:https://konkret.az
archiveBu xəbər 12 Fevral 2025 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see380

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see323

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see304

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see279

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see273

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see264

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see251

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see245

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see239

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see228

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see215

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see202

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see201

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see197

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see196

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see194

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see190

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see182

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see180

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri