Icma.az
close
up
RU
Bakıda polis avtoqəzada həyatını itirdi

Bakıda polis avtoqəzada həyatını itirdi


Bakının Səbail rayonunda, Salyan yolunda noyabrın 15-də ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Globalinfo.az-a bildirilib ki, “Daevoo” markalı avtomobil yolu keçən piyada, polis nəfəri Ərtoğrul Həsənlini vurub.

“Ona göstərilən tibbi yardıma baxmayaraq, həyatını itirib”, – məlumatda vurğulanıb.

Qeyd edilib ki, faktla bağlı cinayət işi başlanılıb.

seeBaxış sayı:29
embedMənbə:https://globalinfo.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri