“Bakıda polislər bizə çox kömək etdilər”
Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Səyahətimiz çox xoş keçir. İlk gəldiyimizdə yerləşməkdə çətinlik çəksək də, polis əməkdaşları bizə çox kömək etdilər. Kamp və ətrafdakı hər şeyin əlçatan olması gözəldir”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Bizim.Media-ya COP29 iştirakçısı qanalı Portia Adu-Mensah konfrans haqqında fikirlərini bölüşərkən deyib.
Azərbaycanda ilk dəfə olan qanalı qonaq yenidən ölkəyə gəlmək istədiyini bildirib: “İngilis dili kommunikasiyaya əngəl olsa da, ətrafda həmişə yardım etmək istəyən bir neçə adam olur. Bunlar bizim üçün gözəl şəhər və gözəl insanlarla birgə xoş təcrübə oldu. Bir də bura qayıtmaq istərdim”.
COP29 iştirakçısı konfransdan öncə Azərbaycan haqqında ailəsinin məlumatlı olduğunu qeyd edib:“Şəxsən mən məlumatlı deyildim. Amma bəzi ailə üzvlərim futbola görə Azərbaycanı tanıyır və bura haqqında çox bilgili idilər. Dayım buranın möhtəşəm yer olduğunu demişdi”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 13 Noyabr 2024 01:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















