Bakıda polkovnik vəfat edib
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Uzun müddət daxili işlər orqanlarında xidmət etmiş polis polkovniki Mirzə Hacıyev Bakıda dünyasını dəyişib.
Oxu.Az Baku.ws-ə istinadən xəbər verir ki, bu barədə mərhumun nəvəsi bildirib.
Onun verdiyi bilgiyə əsasən, Mirzə Hacıyev ötən gün günorta saatlarında vəfat edib.
Xatırladaq ki, M.Hacıyev karyerası ərzində Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi rəisinin birinci müavini vəzifəsində çalışıb, bundan əlavə paytaxtın Xətai, Nizami, Səbail və Xəzər rayonlarında polis rəisi kimi fəaliyyət göstərib.
74 yaşlı sabiq polis rəisi 10 il öncə təqaüdə çıxmışdı.
Baxış sayı:123
Bu xəbər 13 Fevral 2026 10:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















