Icma.az
close
up
RU
Bakıda Porsche Summer Festivalı möhtəşəm atmosferdə keçirilib

Bakıda Porsche Summer Festivalı möhtəşəm atmosferdə keçirilib

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

12 iyul tarixində "SeaBreeze" ərazisində keçirilən "Porsche" Festivalı avtomobil həvəskarlarına unudulmaz bir gün yaşadıb. Gün boyu davam edən tədbirdə qonaqlar həm sürət dünyasının əfsanəvi modellərini yaxından kəşf edib, həm də əyləncə dolu anların dadını çıxarıblar.

Festival ərazisində "911 GT3", "718 GT4 RS", "Taycan Turbo GT" və daha bir çox eksklüziv "Porsche" modelləri nümayiş etdirilib. Avtomobil nümayişləri ilə yanaşı, ərazi boyunca fərqli əyləncələr də təşkil olunub. Miniqolf, minibilyard, balıqtutma oyunu, "ZiqZaq" oyunu daxil olmaqla səkkiz müxtəlif oyun sahəsi qurulub və xüsusilə uşaqlar üçün "FaceArt" rəssamları fəaliyyət göstərib.

Oyunlarda iştirak edən və qalib gələn qonaqlar "Porsche" Bakı Mərkəzi tərəfindən təqdim olunan xüsusi hədiyyələr, həmçinin ərazidə yerləşdirilmiş mini-trucklardan ödənişsiz hot-dog, popkorn və kokteyllər qazanmaq imkanı da əldə ediblər.

Gün boyu davam edən proqramda canlı dicey performansları, müxtəlif musiqi bandlarının çıxışları, rəqs şouları və daha bir çox sürpriz məqamlar festivalın ən yadda qalan anlarına çevrilib.

Böyük qonaq axını ilə keçən tədbir həm uşaqlara, həm böyüklərə unudulmaz təəssüratlar yaşadıb. Festival iştirakçıları "Porsche"nin dinamik dünyasına bir addım daha yaxınlaşaraq əyləncəni, musiqini və sürəti eyni anda hiss ediblər.

Bakıda "Porsche Summer" Festivalı möhtəşəm atmosferdə keçirilib

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:157
embedMənbə:https://oxu.az
archiveBu xəbər 16 İyul 2025 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri