Bakıda “Prius”la dirəşən “Mercedes” sürücüsü 4 maşını vurub əzdi VİDEO VİDEO
Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Paytaxtın Nizami rayonu Mikayıl Əliyev küçəsində iki sürücü arasında gərginlik baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə zamanı 77-GL-307 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü hərəkətdə olarkən qəfil manevr edərək 90-LY-212 dövlət nömrə nişanlı "Toyota Prius" markalı avtomobilin qarşısını kəsib.
"Mercedes"in sürücüsü avtomobildən düşərək digər sürücü ilə sərt şəkildə mübahisə edib. Daha sonra maşınına minərək ərazidən uzaqlaşıb. Bu zaman soldan gələn maşınla toqquşan “Mercedes” idarəetmədən çıxaraq 3 maşına çırpılıb.
Gərginlik nəticəsində yolda qısamüddətli tıxac yaranıb.
Eltac Zülfüqaroğlu

Gəncədə “Prius”la “Mercedes” toqquşdu, işıqfor yararsız hala düşdü VİDEO
16 Dekabr 2024 12:03
Yasamalda ara məsafəsi saxlamayan “Mercedes” sürücüsü “Prius”a çırpıldı VİDEO
12 İyun 2025 15:46
Bakıda Renault la Prius toqquşub
04 İyun 2025 19:48
Prius sürücüsü öz yolunu gedən maşını vurub qaçdı VİDEO
14 Aprel 2025 12:00
Bakıda Prius avtobusla TOQQUŞDU VİDEO
18 Dekabr 2024 22:42

