Icma.az
close
up
RU
Bakıda pulsuz çimərlikdə istirahət neçəyə başa gəlir? KONKRET

Bakıda pulsuz çimərlikdə istirahət neçəyə başa gəlir? KONKRET

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

Bakıda ictimai çimərliklərə giriş pulsuz olsa da, əlavə xidmətlər və qida xərcləri vətəndaşların büdcəsinə təsir edir.

KONKRET.az milliaz-a istinadən xəbər verir ki, paytaxtın Bilgəh, Pirşağı, Buzovna, Mərdəkan və digər ictimai çimərliklərində dənizə giriş üçün ödəniş tələb olunmur. Bununla belə, şezlonq, çətir, masa, nəqliyyat və qida kimi əlavə xidmətlər istirahətin ümumi dəyərini artırır.

Öz çətiri və xalçası olan, qidasını evdən gətirən şəxslər üçün çimərlikdə bir günlük istirahət əsasən yol xərci ilə məhdudlaşır və bu zaman büdcə 0-10 manat arasında dəyişir. Çimərlikdə standart kölgəlik və ya masa götürən, həmçinin yüngül qidalanan şəxslərin xərcləri isə orta hesabla 10-30 manat təşkil edir.

Daha komfortlu istirahətə üstünlük verənlər üçün xərclər əhəmiyyətli dərəcədə artır. Belə ki, 4 nəfərlik ailənin restoranda yemək yeməsi, samovar çayı sifariş etməsi və əlavə xidmətlərdən istifadə etməsi halında ümumi xərc 50-100 manatı, bəzi hallarda isə bu məbləği keçə bilər.

Çimərliyə gediş üçün nəqliyyat seçimi də büdcəyə təsir göstərən əsas amillərdəndir. Taksi əvəzinə yay mövsümündə fəaliyyət göstərən xüsusi avtobus marşrutlarından istifadə etməyi tövsiyə olunur. Koroğlu metro stansiyasından Bilgəh, Mərdəkan və Pirşağı istiqamətlərinə hərəkət edən marşrutlar vasitəsilə sərnişinlər çimərliklərə çata bilirlər.

Bundan başqa, dövlət tərəfindən yaradılmış ictimai çimərliklərdə vətəndaşlar üçün bir sıra xidmətlər ödənişsiz təqdim olunur. Buzovna, Görədil, Novxanı və Pirşağı çimərliklərində pulsuz tualetlər, soyunub-geyinmə kabinaları, duşlar, xilasedici məntəqələri və istirahət zonaları fəaliyyət göstərir. Bu da öz avadanlığı ilə gələn insanların əlavə xərc çəkmədən rahat istirahət etməsinə imkan yaradır.

Düzgün planlaşdırma və ictimai nəqliyyatdan istifadə etməklə yay mövsümündə çimərlik istirahətini minimum büdcə ilə təşkil etmək mümkündür.

Qeyd edək ki, özəl çimərlik və istirahət mərkəzlərində giriş və xidmət haqları ictimai çimərliklərlə müqayisədə daha yüksəkdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:200
embedMənbə:https://konkret.az
archiveBu xəbər 17 İyun 2026 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see287

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see285

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see267

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see253

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see244

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see237

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see232

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see227

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see220

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see211

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see198

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see193

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see193

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see192

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see189

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see176

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see175

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri