Bakıda pulsuz mikroavtobuslar işləyəcək
Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakının mərkəzi piyada zonalarında ictimai məkanların insanların istifadəsi üçün daha da əlçatan olması istiqamətində tədbir görüb.
AYNA-dan Lent.az-a bildirilib ki, bu məqsədlə nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırıldığı ərazilərdə yerləşən ictimai iaşə obyektlərinə, istirahət məkanlarına və parklanma məntəqələrinə əlçatanlığın təmin edilməsi məqsədilə ödənişsiz şatllar istifadəyə verilib.
Yeni şatllardan biri - C1 nömrəli mikroavtobus Xaqani bağı ilə Zərifə Əliyeva küçəsinin sonunu, C2 nömrəli mikroavtobus isə Sabir bağı ilə Əziz Əliyev küçəsinin sonunu əlaqələndirir.
Şatllar sərnişinlərin rahat və operativ hərəkətini təmin etmək üçün 7-10 dəqiqə hərəkət intervalı ilə fəaliyyət göstərir.
Qeyd edək ki, istifadəyə verilən şatllar ekoloji cəhətdən təmiz nəqliyyat vasitələridir və şəhərdə dayanıqlı mobillik prinsiplərinin təşviqinə xidmət edir.
Həyata keçirilən bu yenilik mərkəzdə piyadayönümlü və əlçatan şəhər mühitinin təmin edilməsi ilə yanaşı ziyarətçilərin rahat hərəkəti üçün əlavə imkanlar yarаdır.
Qeyd edək ki, istifadəyə verilən şatllar bu mərhələdə yalnız həftəsonları, bayram günləri saat 12:00-dan 00:00-dək çalışacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 06 İyul 2026 12:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















