Icma.az
close
up
RU
Bakıda qadın onunla evlənmək istəməyən kişini öldürdü Bu da FOTOsu

Bakıda qadın onunla evlənmək istəməyən kişini öldürdü Bu da FOTOsu

Icma.az, Milli.az saytına istinadən bildirir.

2024-cü il mayın 30-du saat 9-da Bakının Sabunçu rayonunda qətl hadisəsi olur. Bu barədə cinayəti törədən 1976-cı il təvəllüdlü Ruhiyyə Tahirova  özü Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək, məlumat verib.

Polis və prokurorluq əməkdaşları qətl törədilən ünvana yollanıblar. Məlum olub ki, hadisə Ramana qəsəbəsi, 12-ci mədən, ev 43-də baş verib. Yataq otağında, masa ilə çarpayının arasında, üzü üstə uzanılqlı, yarıçılpaq vəziyyətdə Samir İsrəfilovun meyiti, masa üzərində isə məişət təyinatlı bıçaq aşkar edilib.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə-tibb ekspertizasının rəyinə görə, Samir İsrəfilovun ölümünə -  ürəyin zədələnməsi nəticəsində massiv qanitirmə səbəb olub.

Ruhiyyə Tahirova 1976-cı ildə Xocavənd rayonunda anadan olub, əvvəllər məhkum olunub.

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, mayın 30-da səhər Ruhiyyə Tahirova qeyri-rəsmi münasibətdə olduğu Samir İsrəfilova münasibətlərini rəsmləşdirib, nikaha daxil olmaq istədiyini söyləyib. Samir isə Ruhiyyənin təklifinə biganə yanaşaraq, onunla vaxtını keçirdiyini bildirib. İsrəfilovun rədd cavabını qadın özünə qarşı təhqir kimi qəbul edib. Aralarında baş vermiş mübahisə zamanı əvvəl əlbəyaxa olublar. Samirin fiziki cəhətdən daha güclü olduğunu görən Ruhiyyə qəzəblənərək, qisas məqsədi ilə masada olan bıçağı götürüb, onun döş qəfəsinin sol yarısına bir dəfə zərbə endirib. Nəticədə Samir İsrəfilov ölüb.

İş üzrə dindirilmiş Ruhiyyə Tahirova bildirib ki, rəsmi nikahda olduğu əri Mətbağır Məmmədov insult keçirdiyindən 2024-cü il fevralın 21-də vəfat edib. Bir həftə sonra Samir İsrəfilovla tanış olaraq, onunla birlikdə yaşamağa başlayıb:

"Samir mənə əvvəllər ailəli olduğunu, 3 övladı olduğunu, arvadı ilə boşandığını və anası ilə birlikdə NZS qəsəbəsində yaşadığını demişdi. Bundan əlavə, o demişdi ki, 2012-ci ildə atasını qətlə yetirdiyi üçün məhkum olunub. Samirin mənə qarşı münasibəti ciddi deyildi, buna görə aramızda mübahisə yaranmışdı. Belə ki, mən hər dəfə evlənməli olduğumuzu söyləyəndə, Samir hələ tez olduğunu deyirdi.

Mayın 29-dan 30-na keçən gecə evdə yeyib-içdik. Səhər saat 8 radələrində söhbət edərkən, birlikdə yaşamalı olduğumuz halda evlənməli olduğumuzu ona bir daha xatırlatdım. Samir isə israrla mənimlə vaxtını keçirəcəyini dedi. Bu cür danışmasının düzgün olmadığını söyləyəndə, Samir sözlərimə məhəl qoymadı. Onu "vuracağımı" deyəndə, o, "vurmayanın biqeyrət" olduğunu bildirdi. Oturduğu çarpayıdan qalxaraq, mənə yumruqla zərbələr vurdu, mərhum ata-anamı söydü. Həmin an masa üzərində olan bıçağı götürüb, çarpayıda oturmuş Samirin ürək nahiyəsinə zərbə endirdim. Samir sağ əli ilə yarasını tutub üzü üstə döşəməyə yıxıldı. Öz mobil nömrəmdən 102 xidmətinə zəng edib birlikdə yaşadığım insanı bıçaqla vurub öldürdüyümü bildirdim. Sonra müdirim Sadiq Allahverdiyevə də zəng vurub hadisə barədə məlumat verdim. Qonşuluqda yaşayan Səid adlı uşağa Samiri yerdən qaldırmağa kömək etməsini xahiş etsəm də, o, qorxduğu üçün içəri girmədi. Oturub evdə polis əməkdaşlarının gəlməsini gözlədim".
Məhkəmə iclasında Ruhiyyə Tahirova bildirib ki, Şabranda yaşayan dayısı qızının yanına getmək üçün iş yerindən 2 günlük icazə alsa da, Samir ona rayona getməsinə icazə verməyib:

"Buna görə də aramızda mübahisə yarandı. Samir evin qapısını bağlayaraq, açarları cibinə qoymuşdu. Məni söyüb döyməyə başladı. Mən də bıçağı Samirin əlindən aldım və sinəsinə xəsarət yetirdim".

İbtidai istintaqda verdiyi ifadəsindən fərqli olaraq, qadın bildirib ki, hadisə günü aralarında "evlənmək" söhbəti olmayıb.
Zərərçəkmiş şəxsin hüquqi varisi Tural İsrəfilov ifadəsində göstərib ki, Samir qardaşı olsa da, münasibətləri soyuq olub:

"Mayın 30-da xalam oğlu qardaşımın öldürülməsi haqda məlumat verdi. Həmin gün Samirin meyitini patoloji anatomiya şöbəsindən təhvil alıb dəfn etdik".

Tural İsrəfilov Ruhiyyə Tahirovaya qarşı şikayəti və tələbi olmadığını bildirib.

Şahid Sərilə İsrafilova bildirib ki, fevralın 26-da oğlundan həmin qadının kim olduğunu soruşub:

"Samirə Ruhiyyədən xoşum gəlmədiyini dedim və evimə elə bir qadını gətirməsinə etiraz etdim. Mayın 30-da oğlumun yatdığı yerdə öldürülməsini eşitdim".
Məhkəmə nəticəyə gəlib ki, Ruhiyyə Tahirovanın Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilib. Odur ki ona, həmin maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ruhiyyə Tahirova 10 il müddətinə azadlıqdan məhrum olunub.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 24 Mart 2025 21:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see223

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see208

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see194

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see177

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see170

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see169

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see146

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see145

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see143

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see143

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see140

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see139

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see137

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see136

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see131

İngiltərə Kuboku: “Brayton” “Yunayted”i məğlub edib

11 Yanvar 2026 23:01see127

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see126

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri