Icma.az
close
up
RU
Bakıda qalmaqallı məhkəmə başlayır: Zərərçəkənlər arasında tanınmışlar da var

Bakıda qalmaqallı məhkəmə başlayır: Zərərçəkənlər arasında tanınmışlar da var

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Bakı Ağır Cinayətlər Məhkəməsində qalmaqallı məhkəmə prosesi başlayır. 

“Cebheinfo.az” xəbər verir ki, yüzlərlə insanın qızıllarını mənimsəyərək geri qaytarmayan “Lombard Xəyal” işi üzrə (Təqsirləndirilən şəxs Abuzərli Fərid Əlmusa oğlu) məhkəmə baxışı təyin olunub. 

Zərərçəkənlər arasında tanınmış müğənni Elza Seyidcahan, “Cümhuriyət” və “Cebhe.info”-nun redaktoru Elnarə Kərimova da var. İttiham edilən tərəf girov olaraq götürdüyü qızıl zinət əşyalarını və onların geri verilməsi üçün müştərilərin ödədiyi pul vəsaitini mənimsəməkdə ittiham olunurlar. 

Xatırladaq ki, "Nizami" metrostansiyasının yaxınlığında Zivərbəy Əhmədbəyov küçəsində yerləşən lombardın əksər müştəriləri borclarını tam ödədikdən sonra qızıllarını geri ala bilməyiblər.

Qızıllarını heç bir şəkildə ala bilməyən insanlar Yasamal rayonu 26-cı Polis Bölməsinə şikayət ediblər. Çox sayda insan "Lombard Xəyal" olaraq tanınan şəxsin onlara kütləvi ziyan vurduğunu söyləyib.

Onların sözlərinə görə, lombarda qoyulan qızıllar qanunsuz şəkildə yoxa çıxıb. Şikayətçilər arasında hətta qızılın müqabilində götürdüyü ssudanı 1 il əvvəl ödədiyini, ancaq hələ də qızıllarını geri ala bilmədiyini deyənlər də var. 

Çoxsaylı şikayətlərin ardından sözügedən lombardın qapısı bağlansa da, uzun müddət  həftədə bir dəfə fəaliyyət göstərdiyi müşahidə olunub. Maraqlısı isə budur ki, lombard aylıq kredit ödənişlərini qəbul etməyə və açıq olduğu günlər hər şeydən xəbərsiz lombarda üz tutan yeni müştərilərdən qızıl qəbulunu davam etdirib. Yasamal Rayon Prokurluğunda aparılan araşdırmadan sonra iş məhkəməyə təqdim olunub.

Xəzər
“Cebheinfo.az” 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 İyul 2025 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri