Bakıda qarlı hava ilə bağlı hansı hazırlıq işləri görülüb? RƏSMİ AÇIQLAMA
Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ölkəmizdə ötən gecədən etibarən qeyri-sabit hava şəraiti davam edir. Qarşıdakı günlərdə də yağış və sulu qar yağacağı və yolların buz bağlayacağı ehtimalı var.
Bəs yolların təmizlənməsi üçün lazımi avadanlıqların təminatı hansı səviyyədədir?
Bak Şəhər Mənzil Kommunal-Təsərrüfat departamentindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, qış aylarında yağmurlu və şaxtalı hava şəraiti ilə əlaqədar rayon İcra Hakimiyyətlərində qışa hazırlıqla bağlı qərargahlar yaradılıb və hazırlıq iclasları keçirilib:
“Hər bir quruma qarın təmizlənməsi üçün lazımi qədər alət, inventarın toplanması, duz ehtiyatı yaradılması, xüsusi texnikaların vəziyyətinin yoxlanılması ilə bağlı tapşırıqlar verilib. Bakı Şəhər Mənzil Kommunal-Təsərrüfatı departamentinin texnikası hazır vəziyyətə gətirilib, kifayət qədər duz ehtiyatı yaradılıb”.
Bildirilib ki, qar yağan zaman küçələrin təmizlənməsi işlərinə kommunal qurumların texnikası ilə yanaşı idarə, təşkilat, bələdiyyə və özəl qurumların da mövcud texnikalarının cəlb edilməsi qərara alınıb.
Naibə Məmmədova, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 14 Yanvar 2026 17:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















