Bakıda qəbiristanlıq güllərini satan HƏBS OLUNDU
Icma.az bildirir, Lent az portalına istinadən.
Bakıda qəbiristanlıqdan oğurlanan gülləri satan həbs olunub.
Lent.az-ın əldə etdiyi məlumata görə, polis əməkdaşları “İnşaatçılar” metrostansiyanın qarşısında gül satan 41 yaşlı Şamil İsayevə (ad və soyad şərtidir) yaxınlaşaraq qəbiristanlıqdan oğurlanan gülləri satdığını deyiblər. Bunun üçün o, ifadə verməyə çağırılıb.
Lakin bu zaman Şamil etiraz edərək polisin qanuni tələbinə məhəl qoymayıb. Buna görə də o saxlanılaraq barəsində inzibati protokollar tərtib olunub.
Şamil ifadəsində bildirib ki, tanımadığı şəxs gül mağazasını bağladığı üçün gülləri ucuz qiymətə ona satıb. Onların oğurluq olduğunu bilməyib.
Araşdırma zamanı məlum olub ki, zərərçəkən şəxs Yasamal qəbiristanlığında dəfn olunan qardaşının məzarı üzərindən güllərin oğurlanması barədə polisə şikayət edib. Axtarışlar zaman oğurluğu törədən 23 yaşlı Quba rayon sakini saxlanılıb və ifadəsində həmin gülləri Şamilə satdığını deyib.
Məhkəmənin qərarı ilə Şamil İsayev 15 gün müddətinə həbs edilib.
Baxış sayı:73
Bu xəbər 04 Mart 2026 14:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















