Bakıda Qərbi Azərbaycan parkı yaradılacaq FOTO
Icma.az bildirir, Milli.az portalına istinadən.
"Zirədəki Ekoparkda Qərbi Azərbaycan parkı yaradılacaq".
Milli.Az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli Qərbi Azərbaycan İcmasının "Qayıdış hüququ: Ermənistandan zorla çıxarılan Azərbaycanlılar üçün ədalətin təşviqi" mövzusunda keçirilən ikinci beynəlxalq konfransda deyib.
O bildirib ki, konfransın ikinci günündə keçirilən ağacəkmə aksiyasında hər bir qonağın adına ağac əkilib:
"Bu ənənə növbəti illərdə də davam etdiriləcək. Bu ərazidə böyük bir Qərbi Azərbaycan parkı yaradılacaq. Bununla yanaşı, konfransın ilk günündə baş tutan panel sessiyada qonaqlara Qərbi Azərbaycan həqiqətləri ilə bağlı məlumatlar verilib".
"Bugünkü tədbir isə Qərbi Azərbaycanın irsi ilə bağlıdır. Qərbi Azərbaycanda bizim soydaşlarımız zəngin, mədəni irs qoyublar. Bu irsi ermənilər ən müxtəlif formada saxtalaşdırıblar. Bununla bağlı sərgi nümayiş etdirilib. Musiqimiz, mətbəximiz, mədəniyyətimiz bu gün təqdim ediləcək. Məqsədimiz odur ki, qonaqlar bu dinləmələrlə kifayətlənməsinlər və bilsinlər ki, bu ərazilərdə mədəni irsimizə qarşı vəhşilik törədilib", - deyə icma sədri əlavə edib.
Milli.Az
Baxış sayı:143
Bu xəbər 06 Dekabr 2024 21:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















