Icma.az
close
up
RU
Bakıda qeydə alınan cinayətlərin 93 faizindən çoxu açılıb

Bakıda qeydə alınan cinayətlərin 93 faizindən çoxu açılıb

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

Rəsmi statistika

Bakı şəhər prokurorluğunda 2026-cı ilin birinci yarımilində cinayətkarlığa qarşı mübarizə, istintaq işi və prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

Baş prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müşavirə iştirakçıları əvvəlcə Bakı şəhər prokurorluğunun inzibati binasında Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edərək önünə gül dəstələri düzüblər. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müşavirədə çıxış edən Bakı şəhər prokuroru Elşən Abbasov Prezident İlham Əliyevin siyasi iradəsi və Birinci vitse-prezident Mehriban Əliyevanın yaxından iştirakı ilə həyata keçirilən iqtisadi, sosial və humanitar layihələrin ölkənin davamlı inkişaf strategiyasının reallaşdırılmasında mühüm rol oynadığını, cəmiyyətin bütün sahələrində tərəqqi və inkişafın təmin olunduğunu vurğulayıb.

Bildirilib ki, 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması ilə əlaqədar paytaxtın prokurorluq orqanları tərəfindən də bir sıra tədbirlər həyata keçirilir. Bu çərçivədə mayın 14-də Xətai rayon prokurorluğunda, iyunun 5-də isə Yasamal rayon prokurorluğunda media nümayəndələrinin və qeyri-hökumət təşkilatlarının iştirakı ilə “Açıq qapı” günləri təşkil olunub və bu istiqamətdə tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.

Əməliyyat müşavirəsində Baş prokuror tərəfindən müəyyənləşdirilmiş vəzifələrin icrası çərçivəsində Bakı şəhərinin prokurorluq orqanlarının digər hüquq-mühafizə orqanları ilə birlikdə cinayətkarlığa qarşı mübarizə və vətəndaş məmnunluğunun təmin olunması istiqamətində gördüyü işlər barədə məlumat verilib. Qeyd olunub ki, 2026-cı ilin birinci yarımilində Bakı şəhərinin prokurorluq və daxili işlər orqanları üzrə, ümumilikdə, 6909 cinayət hadisəsi qeydə alınıb və onların 93,2 faizinin açılması təmin edilib.

Hesabat dövründə törədilmiş qəsdən adamöldürmə və qəsdən adamöldürməyə cəhd cinayətlərinin hamısının üstü paytaxtın daxili işlər orqanları ilə qarşılıqlı işgüzar əməkdaşlıq nəticəsində açılıb.

Şəhərin prokurorluq orqanları tərəfindən 120 cinayət işinin ibtidai istintaqı tamamlanıb, onlardan 70-i baxılması üçün məhkəmələrə göndərilib. Daxili işlər orqanlarının istintaq qurumları tərəfindən isə 3148 cinayət işinin istintaqı yekunlaşdırılıb, 2338 iş məhkəmələrə təqdim olunub. Hesabat dövründə prokurorluq orqanları tərəfindən ibtidai istintaqı tamamlanmış cinayət işləri üzrə dövlətə, fiziki və hüquqi şəxslərə vurulmuş 8 milyon 777 min 740 manat maddi ziyanın 6 milyon 432 min 712 manatı, yəni 73,2 faizi ödənilib.

Müşavirədə axtarışda olan və itkin düşmüş şəxslərin tapılması istiqamətində həyata keçirilən tədbirlərin intensivliyinin artırılması ilə bağlı konkret tapşırıqlar verilib.

Vətəndaş müraciətlərinə baxılması və qəbulların təşkili məsələlərinin daim diqqət mərkəzində saxlanılması tələb olunub. Xüsusilə şəhid və itkin düşmüş şəxslərin ailə üzvlərinin, yaxın qohumlarının, eləcə də sağlamlığını itirmiş vətəndaşların müraciətlərinə təxirəsalınmadan baxılmasının və onların dərhal qəbulunun təmin edilməsinin vacibliyi vurğulanıb. Bildirilib ki, hesabat dövründə Bakı şəhər prokurorluğuna 10 min 573 müraciət daxil olub və baxılıb, ümumilikdə, 1299 vətəndaş qəbul edilib. Onlardan 173 nəfəri Bakı şəhər prokuroru tərəfindən qəbul olunub.

Müşavirədə “Elektron Prokurorluq” informasiya sisteminin tətbiqinin prokurorluq orqanlarında işin səmərəliliyinin artırılmasına müsbət təsir göstərdiyi qeyd olunub. Prokurorluq əməkdaşlarının cinayət mühakimə icraatı zamanı prosessual sənədlərin elektron formada tərtib olunması, qeydiyyatı və elektron dövriyyəsinin təşkili prosesinə tam hazır olmalarının vacibliyi diqqətə çatdırılıb.

Həmçinin Bakı şəhər prokurorluğunun əlaqədar struktur qurumları və tabe prokurorlar tərəfindən cari ilin birinci yarımilində artım dinamikası müşahidə olunan cinayətlərin profilaktikası, ötən illərdən açılmamış qəsdən adamöldürmə cinayətlərinin üstünün açılması və təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb olunması istiqamətində zəruri tədbirlərin görülməsinin əhəmiyyəti vurğulanıb.

Qeyd edilib ki, hesabat dövründə xidməti, icra və əmək intizamı qaydalarına riayət olunmasına ciddi nəzarət nəticəsində Bakı şəhər prokurorluq orqanlarının bir əməkdaşı intizam tənbehi qaydasında tutduğu vəzifədən azad edilib.

Müşavirədə Bakı şəhər prokurorunun müavinləri və rayon prokurorları hesabat məruzələri ilə çıxış edərək görülmüş işlər barədə məlumat verib, mövcud nöqsanların aradan qaldırılması üçün zəruri tədbirlərin görüləcəyini bildiriblər.

Sonda Bakı şəhər prokuroru Elşən Abbasov şəhər prokurorluğunun kollektivinin bundan sonra da cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının, habelə ölkədə mövcud ictimai-siyasi sabitliyin qorunması istiqamətində səlahiyyətləri çərçivəsində zəruri tədbirləri davam etdirəcəyinə əminliyini ifadə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://sia.az
archiveBu xəbər 16 İyul 2026 18:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see294

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see292

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see280

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see259

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see251

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see246

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see239

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see235

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see229

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see228

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see205

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see201

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see200

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see198

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see198

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see196

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see185

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see184

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri