Bakıda qeyri adi toy: Gəlin skripka, bəy isə tar çaldı VİDEO
Icma.az, Cebheinfo saytına istinadən bildirir.
23 iyunda paytaxtda yerləşən şadlıq evlərindən birində baş tutan toy mərasimi maraqlı məqamlarla yadda qalıb.
"Cebheinfo.az" xəbər verir ki, gəlin və bəy qonaqların qarşısında özlərinin musiqili ifası ilə çıxış ediblər. Belə ki, gəlin skripkada, bəy isə tar alətində ifa edərək qonaqlar üçün xüsusi kompozisiya təqdim ediblər.
Toyun ən diqqətçəkən anlarından biri isə nikah mərasimi olub. Nikah zamanı məşhur Azərbaycan filmindən sitat səsləndirilib. Nikah məmuru da bu kompozisiyada iştirak edib. O, "Gedək qazıya deyək, qoy kəbini kəssin, rasısız?" deyə onlara sual verib. Bu replikayla müşayiət olunan nikah mərasimi qonaqlar tərəfindən alqışlarla qarşılanıb.
Qeyri-adi tərzdə təşkil olunan toy sosial şəbəkələrdə də maraqla qarşılanıb və izləyicilər tərəfindən bəyənilib. Xatırladaq ki, Fəridə adlı gəlin və Atabəy adlı bəy peşəkar musiqiçidir.
Əfsanə Rəcəb
"Cebheinfo.az"
Baxış sayı:120
Bu xəbər 25 İyun 2025 10:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















