Bakıda qəza törədib hadisə yerindən qaçan sürücü tapıldı VİDEO
Icma.az bildirir, Avtosfer portalına istinadən.
Bakıda yol qəzası törədib hadisə yerindən uzaqlaşan sürücü saxlanılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis kapitanı Toğrul Nəsirli məlumat verib.
Onun sözlərinə görə, sosial şəbəkələrdə yayılan görüntülər əsasında aparılan araşdırma nəticəsində hadisənin Binəqədi rayonu ərazisində, DSK yolu kimi tanınan yolda baş verdiyi müəyyən edilib.
Məlum olub ki, sentyabrın 9-da “İsuzu” markalı, 77 GR 125 dövlət nömrə nişanlı yük maşını iki avtomobilə ziyan vuraraq hadisə yerindən yayınmışdır.
Qəzanı törədərək məsuliyyətdən yayılmağa çalışan sürücü sonradan müəyyən olunub və barəsində müvafiq hüquqi tədbirlər görülüb.

Bakıda dəhşətli qəza: Hadisə yerindən görüntülər VİDEO/FOTOLAR
06 Sentyabr 2025 11:59
Bakıda maşın qəfil alışdı: Sürücü hadisə yerindən qaçdı
04 Fevral 2025 01:14
Bakıda kaskadyorluq edən sürücü: Yüksək sürətlə qəza törədib qaçdı VİDEO
13 Yanvar 2025 09:00
Piyadanı öldürüb hadisə yerindən qaçan sürücü tutuldu
01 Aprel 2025 09:22
Bakıda kişi özünü binadan atdı HADİSƏ YERİNDƏN VİDEO
13 Mart 2025 21:53

