Icma.az
close
up
RU
Bakıda qəza: Yola ciddi ziyan dəydi FOTO

Bakıda qəza: Yola ciddi ziyan dəydi FOTO

Bu gün səhər saatlarında Bakının Ziya Bünyadov prospektində baş verən qəza zamanı yol təsərrüfatına ziyan dəyib.

Bakupost.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.

Məlumata görə, sözügedən prospektlə hərəkətdə olan yük maşını avtomobil tunelinin kənarına çırpılıb. Dərhal əraziyə AAYDA-nın əməkdaşları cəlb olunaraq aidiyyəti qurum əməkdaşları ilə birlikdə yolun sözügedən hissəsində əlavə təhlükəsizlik tədbirləri görülüb, hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin olunub.

Qəza nəticəsində tunelin giriş hissəsində olan məhəccərlər, tökmə tumbalar və divarın bir hissəsi dağılıb. Yol təsərrüfatına dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyatı üzrə göndərilib.

seeBaxış sayı:30
embedMənbə:https://www.bakupost.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri