Bakıda qəzadan yayınmaq istəyən sürücü “BMW”ni gölə saldı VİDEO
Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza avqustun 20-də Gülbala Əliyev küçəsində qeydə alınıb. Hərəkətdə olan 99-GF-741 dövlət nömrə nişanlı “BMW” markalı avtomobil yoldan çıxaraq gölə düşüb. İddialara əsasən, qəzaya səbəb sürücünün döngəyə sərt daxil olması olub. Belə ki, qarşısına maşının çıxdığını görən sürücü qəzadan yayınmaq üçün manevr edib və bu vaxt idarəetməni itirərək avtomobili gölə salıb. Hadisə zamanı xəsarət alan olmasa da maşına ciddi maddi ziyan dəyib. Sürücü yaxınlıqdakı vətəndaşların köməyi ilə avtomobildən çıxarılıb.
Faktla bağlı araşdırma davam edir.
Nərmin

Bakıda BMW ni yarıb 14 min avro APARDILAR
26 Fevral 2025 12:41
Qəzadan yayınmaq istəyən sürücü “Lexus”u marketə saldı VİDEO
08 Avqust 2025 12:05
Döngəyə sərt girən sürücü “BMW”ni aşırıb xəstəxanalıq oldu VİDEO
22 İyul 2025 15:54
“BMW”ni avtobus dayanacağında park edib sürücü və sərnişinlərə çətinlik yaratdı VİDEO
14 May 2025 17:12
Bakıda BMW yanıb
12 İyul 2025 09:25

