Bakıda qida təhlükəsizliyinə həsr olunan beynəlxalq konfrans keçirilir
Icma.az bildirir, Newscenter.az portalına istinadən.
Bakıda “Ümumdünya Qida Təhlükəsizliyi Günü: Elm fəaliyyətdədir” mövzusunda beynəlxalq konfrans keçirilir.
Newscenter.az xəbər verir ki, konfrans Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı ofisi və ADA Universitetinin birgə təşkilatçılığı ilə təşkil olunub.
Konfrans çərçivəsində "Vahid Sağlamlıq" yanaşması ilə beynəlxalq təşkilatlar, dövlət qurumları, elm və təhsil ocaqları, habelə, beynəlxalq mütəxəssislər bir araya gəliblər.
Tədbirdə qida təhlükəsizliyi sahəsində aktual mövzuların, elmi yanaşmalar və beynəlxalq təcrübələrin müzakirə olunması nəzərdə tutulur.
Xatırladaq ki, hər il iyunun 7-si Ümumdünya Qida Təhlükəsizliyi Günü kimi qeyd olunur. Cari il Azərbaycanda iyunun 4-də qeyd olunan bu gün “Elm fəaliyyətdədir” ideyasına həsr edilib.
Mehman Mehdiyev
Bu mövzuda digər xəbərlər:Bakıda beynəlxalq konfrans keçirilir
29 Mart 2025 09:33
Bakıda beynəlxalq konfrans KEÇİRİLİR
06 Dekabr 2024 11:11
Baxış sayı:137
Bu xəbər 04 İyun 2025 09:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















