Icma.az
close
up
RU
Bakıda qısqanclıq zəminində arvadını döyən kişi cəzalandırıldı TƏFƏRRÜAT

Bakıda qısqanclıq zəminində arvadını döyən kişi cəzalandırıldı TƏFƏRRÜAT

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakının Xətai rayonunda ər-arvad arasında yaranan mübahisə cinayətlə nəticələnib. 
Demokrat.az
-ın əldə etdiyi xəbərə görə, hadisə Xətai rayonu, G.Şıxlinski küçəsi 51 saylı binanın birinci mərtəbəsinin dəhlizində baş verib. 
Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Musa Abbasov həmin yerdə, liftin qarşısında arvadı Zahirə (ad-soyad şərtidir – red.) ilə qısqanclıq zəminində mübahisə edib. 
Aralarında yaranmış mübahisə zamanı ər əl və ayaq zərbələri ilə arvadının başının sol hissəsinə, burun və sağ qol nahiyəsinə vurmaqla döyüb. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 
Hadisəni törədən M. Abbasovun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə izahat verən təqsirləndirilən şəxs ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində qeyd edib ki, son zamanlar həyat yoldaşı ilə aralarında qısqanclıq zəminində mübahisələr olub: “Bu səbəbdən anasıgildə qalırdı. Hadisə günü özünə məxsus olan əşyaları götürmək məqsədi ilə yaşadığımız ünvana gəldi. Saat 09:10-da binanın 3-cü blokunun dəhlizində olan zaman onunla rastlaşdım. Onu liftin içərisinə dəvət etsəm də, o etiraz etdi. Bu anda əsəbləşərək ona yaxınlaşdım, əl zərbələri ilə baş nahiyəsinə zərbələr vurdum. O yerə yıxıldıqda isə iki dəfə qarın nahiyəsinə təpik vurmaqla onu döydüm və oradan uzaqlaşdım”. 
İş üzrə zərərçəkmiş qismində danışan Zahirə bildirib ki, əri Musa ilə birlikdə yaşayıblar: “Amma son zamanlar təqsirləndirilən şəxs məni qısqanması səbəbindən aramızda mübahisələr olurdu. Bu səbəbdən son 3 gün idi ki, anamın evində qalırdım. Hadisə günü, saat 09:10-da yaşadığım binanın 3-cü blokuna daxil oldum və lifti gözləyən zaman dəhlizdə Musa ilə rastlaşdıq. Təqsirləndirilən şəxs məni liftin içərisinə dəvət etsə də, qorxduğum üçün liftə daxil olmaqdan imtina etdim. Həmin anda ərim məni təhqir edərək üzərimə gəldi. Əlləri baş nahiyəmə bir neçə zərbə vurdu. Zərbənin təsirindən yerə yıxılan zaman təpiklə qarın nahiyəmə iki dəfə qəsdən zərbə vurmaqla məni döydü. Başımın sol hissəsi, burun və sağ qolumdan ağrılı xəsarət aldığım üçün polisə müraciət etdim”. 
Bu cinayət işinə Xətai Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə M. Abbasov 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsin üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulub. 
Bundan əlavə, onun cəza çəkdiyi müddətdə Bakı şəhərinin ərazisini tərk etməsi qadağan olunub. 
Müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirməsi tapşırılıb. 
Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:97
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 28 İyul 2025 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see270

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see204

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see204

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see186

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see158

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see157

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see148

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see145

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see145

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see144

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see141

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see137

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see137

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri